Reyhanlı terrorunu törədənlərdən biri saxlanıldı
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
11 il öncə Türkiyənin Reyhanlı bölgəsində 53 nəfərin ölümü ilə nəticələnən terror aktını törədənlərdən biri, Cengiz Sertel saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, terrorçunun yeri MİT Başçılığı İl Təhlükəsizlik Müdirliyi qrupları tərəfindən keçirilən əməliyyat nəticəsində müəyyən edilib.
Bildirilib ki, Cengiz Hatayın Reyhanlı rayonunda baş verən terror aktı zamanı istifadə edilən partlayıcıları Suriyadan ölkəyə daşıyırmış.
Onun daha əvvəl qırmızı bülletenlə axtarışa verildiyi və DİN-in terrorçuluq üçün axtarışda olanlar siyahısında narıncı kateqoriyasında olduğu bildirilib.
Qeyd edək ki, Hatayın Reyhanlı rayonunda 2013-cü ildə bələdiyyə binası yaxınlığında baş verən iki ayrı partlayışda 53 nəfər həyatını itirib, 912 ev, 891 iş yeri və 148 avtomobilə ziyan dəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 14 Dekabr 2024 19:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















