Icma.az
close
up
RU
Reytinqə qurban gedən ABRIMIZ: Sonra da deyəcəklər, papağını da ver, namusunu da Cəvahir Nehru YAZIR

Reytinqə qurban gedən ABRIMIZ: Sonra da deyəcəklər, papağını da ver, namusunu da Cəvahir Nehru YAZIR

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

Keçən dəfə sosial verilişlərin birinə baxıram. Gənc ər-arvad bir-birinə “itin sözü”nü deyir.

Təbii ki, bizim şoumenliyi yaxşı bacaran aparıcının dirijorluğu ilə… Baxıram, ikisi də kənddən gəlmiş cütlükdür, boşanma ərəfəsindədirlər. Qadın ərinə deyir ki, “uşaq səndəndir”, gənc kişi də israr edir ki, “yox, sevgilindəndir”. Qadın deyir ki, “DNT analizi verəcəyəm”, kişi deyir ki, “ver, əgər uşaq məndən olmasa, sənə aliment ödəməyəcəyəm”. Ekspertlər də marığa dayanıb, bunları “ağ yuyub, qara sərmək” üçün.

Əslində, hər gün sosial verilişlərdə müzakirə olunan məişət mövzusudur, sözüm bunda yox. Mənə bir şey maraqlıdır, bu şoumen aparıcıların reytinq azarı sayəsində əsrlərdən bəri qorunan ailə adət-ənənələrimiz niyə bu səviyyəyə düşürülüb? Budurmu hər zaman nümunə saydığımız Azərbaycan ailəsi? Aparıcılaradır sözüm, niyə avam kənd adamlarını şirnikləndirib, Bakıya gətirib, efirlərə çıxarıb insanları biabır edirsiniz?! Niyə ailələrin yataq otağına soxulub, ailə dəyərlərinə xələl gətirirsiniz?!

3-5 adamı efirə çıxarıb hansısa məişət problemini az qala bütün Azərbaycan ailələrinin ayağına yazmaqla nə demək istəyirsiniz? Bəyəm, elə Azərbaycan ailəsi bir-birinə “itin abrını” verən, ərini aşağılayıb milyonlarla izləyici qarşısında rüsvay edən iki-üç cütlükdən ibarətdir? İnsanların ailə məsələlərini, özəlini efirlərə daşıyıb, “saçyoldu şou”su yaratmaqla həm də milli dəyərlərimizi laxladırsınız axı…

O qədər gözəl ailələr var, Vətən, xalq üçün layiqli övladları yetişdirib cəmiyyətə təhvil verirlər, onları niyə nümunə saymırsınız? Onları da verilişinizə çağırıb niyə örnək kimi göstərmirsiniz? Yaxud da ailə dəyərləri, milli adət-ənənələrimizi özündə birləşdirən verilişlər hazırlayın. Bir dəfə ona baxan tamaşaçı bir dəfə də həmin verilişlərə baxsın. Baxırsan, türk seriallarına hər seriyasında milli adət-ənənələri, musiqini, mətbəxi təbliğ edir. Biz isə ancaq pis, neqativ nə varsa, hamısını efirə daşıyıb, mənfiliklərin təbliğatı ilə məşğul oluruq. Kənardan baxanların gözünə Azərbaycan qadını ancaq saçyolan, qayınanasını döyən, qayınatasını “diri yeyən”, ərini evdən qovan, uşaqlarını atıb sevgilisinə qoşulub qaçan qadın kimi canlanır. Axı belə deyil. Bir qurunun oduna yaşı niyə yandırırsınız axı? Dəyərlərimizin qəsdinə durmusunuz?!

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 19 Mart 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri