Icma.az
close
up
RU
Aparıcıların “ağlaşma” şousu və sənəti urvatdan SALANLAR Cəvahir Nehru yazır Yeni Çağ Media

Aparıcıların “ağlaşma” şousu və sənəti urvatdan SALANLAR Cəvahir Nehru yazır Yeni Çağ Media

Icma.az, Yenicag portalına istinadən məlumat yayır.

Bir müddət əvvəl aparıcı Xoşqədəm Hidayətqızı əlinə bir qutu alıb başladı şou yaratmağa. Verilişin sonuna qədər o qutu açılmadı.

“Gözləyin”, “az sonra” deyə-deyə həm tamaşaçıların canını boğazına yığdı, həm də qonaqların. Sonra digər telekanalların aparıcıları da başladılar onu yamsılamağa. Hətta üstündən bir neçə il keçəndən sonra… Əllərinə bir qutu götürən aparıcılar “ay, indi açıram”, “bu saniyə açıram” deyə-deyə verilişin sonuna qədər o mənasız, boş qutu ilə başladılar qonaqların əsəbləri ilə oynamağa

Vaxt keçdi, başladılar oxumağa. “Xoruz buraxa-buraxa” zilə qalxanda bəmə düşə bilmədilər, bəmə düşəndə də zilə qalxa bilmədilər.

Dəqiq yadımda deyil, ilk olaraq hansı “məharətini” göstərdi. Sonradan digər aparıcılar da əllərinə mikrofon alıb yarışa qoşuldular. Hətta bəzi məşhur müğənnilərlə duet oxumaq sevdasına düşənlər də oldu. Necə deyərlər, utanmasan, oynamağa nə var ki? Sənəti urvatdan saldılar deyə, sənətkarlar da efirlərdən qaçaq düşdülər.

İndi də daha “kreativ” üsullara əl atıblar. Başlayıblar “ağlaşma” şousu nümayiş etdirməyə. Peşmandır, biri rəhmətə gedə, vaxtilə sayıb adam yeriən qoymadıqları, bir dəfə də verilişinə çağırıb dərdini-halını soruşmadıqları bir sənətçinin özünün də tanımadığı adamları efirə yığıb başlayırlar reytinq yarışına. Timsah göz yaşları tökə-tökə, guya qəhərdən boğula-boğula həmin adam haqqında olmayan xatirələrini bölüşürlər. Nə ölüyə hörmət qoyurlar, nə də ölü yiyəsinə. Məqsəd birdir: reytinq yığmaq. Əlbəttə, hamı istəyir ki, verilişi baxımlı, reytinqli olsun. Amma ta belə mənasız şoularla yox da… Özünüzü də urvatdan salırsınız, verilişinizi də… Bəlkə bir-birinizi yamsılamaqdansa, verilişinizi baxımlı etmək üçün bir az baş sındırıb, daha maraqlı ideyalar tapasınız?

Hələ ki ağlaşırlar. Görək, bu ağlaşma şousu nə vaxta qədər davam edəcək?

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 09 Yanvar 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri