Icma.az
close
up
RU
Riçard Almeyda: İndi Braziliyada hamının Qarabağ haqda xəbəri var

Riçard Almeyda: İndi Braziliyada hamının Qarabağ haqda xəbəri var

Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Juninyonun "Flamenqo"ya keçidi ilə bağlı fikirlərini Braziliya mətbuatına açıqlayıb.

Sportal.az  "ESPN Braziliya" nəşrinə danışan Riçard bu transferdən sonra Braziliyada insanların "Qarabağ" haqda məlumatlı olduğunu bildirib:

"Juninyo mobil hücumçudur. O, müdafiəçini təhlükədən qurtulduğunu düşünməyə vadar edir və qurbanı özünə gələndə Juninyo artıq rəqibinin yanındadır və topu ondan oğurlayır. "Bayer"ə vurduğumuz qola (2:2) baxa bilərsiniz. O, topu oğurlayaraq, məhsuldar ötürmə etmişdi. İkinci qol epizodunda Patrik Andrade topla boş zonaya qaçan Juninyoya topu ötürərək möhtəşəm qola imza atıb. Pedro (“Flamenqo”nun hücumçusu) və Juninyo birlikdə oynaya biləcəkmi? Pedro rəqibin cərimə meydançasında daha çox işləyir, Juninyo isə daha hərəkətlidir. Birlikdə əla oynaya bilərlər.

"Sevilya"ya gəlincə, onu çox istəyirdilər. Az qala razılığa gəlirdilər, amma o gün dedi ki, “Flamenqo” danışıqlara qarışıb, mən nə edəcəyimi bilmirəm. Ona cavab verdim ki, Allah ona doğru yolu göstərəcək. Qərarı ürəyi ilə verdi. Juninyo istədiyi şeydə çox israrlıdır. Hər kəs Braziliyaya qayıtmağı xəyal edir. Braziliyada bir çox insan mənimlə görüşəndə haqqımda heç nə bilmir. Çoxları Azərbaycana, bizim liqamıza yuxarıdan aşağı baxır... Amma indi “Qarabağ”dan xəbəri var, çünki Juninyo oradan gəlib. “Flamenqo”nun idman direktoru Botonun müsahibəsinə baxdım. O bildirib ki, futbolçunun haradan gəlməsinin fərqi yoxdur: Azərbaycan, Qazaxıstan və ya başqa ölkədən. Əgər futbolçu profilə uyğundursa və taktiki cəhətdən məşqçiyə uyğundursa, imza atmağa dəyər".

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://sportal.az
archiveBu xəbər 24 Yanvar 2025 01:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri