Icma.az
close
up
RU
Riera Morata və Osimhen haqda nələr dedi?

Riera Morata və Osimhen haqda nələr dedi?

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Hazırda Sloveniya təmsilçisi “Selye”ni uğurla çalışdıran Albert Riera Türkiyə mediasına açıqlamalar verib.

Riera “Qalatasaray” və Türkiyə futbolunu yaxından tanıyır. O, futbolçu kimi İstanbul nəhəngində 2011-14-cü illərdə top qovaraq iki çempionluq qazanıb. Məşqçi kimi isə 2020/21-də “Cim-Bom”da Terimin köməkçisi qismində işləyib.
Yeri gəlmişkən, “Selye” ilə indiyə qədər 3 titul qazanan 43 yaşlı Riera yenidən Türkiyəyə gələ bilər. Çünki “Eyüpspor”da artıq “Şaxtyor”la anlaşan Arda Turanı əvəzləməyə əsas namizədlərdən biri məhz Rieradı. İspaniyalı mütəxəssis “Radiospor”a bunları deyib:

“Futbolda bəzən qalib gəlirsən, bəzən isə məğlub olursan. Amma əsas fəlsəfə oyunu düzgün oynamaq və qazanmağa çalışmaq olmalıdı. Məşqçi kimi indiyə qədər qazandığım hər şeyə görə məhz bu fəlsəfəyə borcluyam. “Qalatasaray”ın 25-ci çempionluğu və 5-ci ulduzu əldə etməsi məni çox sevindirdi. Onları həmişə ürəkdən dəstəkləyirəm. Bu mövsüm bir çox oyunlarını izləmişəm. Onların əldə etdiyi uğurlarla qürur duyuram. Ötən həftə çempion olduqları matçdan sonra həm Muslera, həm də Morata ilə söhbətləşdim. Mənə çox şey barədə məlumatlar verdilər. Morata cəmi bir neçə ay öncə Türkiyəyə gəlib. Amma indidən iki titul qazanıb. Məncə, indi bu uğurun keyfini çıxarmalıdı. Morata ilə çox yaxın münasibətlərim var. Türkiyədəki gələcəyi onunla klub arasında olan məsələdi. İki tərəf də bir-birindən məmnundusa, yola davam edəcəklər. Bəlkə də start heyətində oynayacağına əmin olmaq istəyir. Amma dünyada heç bir məşqçi heç bir futbolçuya onun yüz faiz əsas heyətdə oynayacağına zəmanət verə bilməz. Digər tərəfdən, futbolçunun da belə zəmanət tələb etməyə haqqı yoxdu. Mən özüm də məşqçi olduğum üçün belə şeyləri gözəl bilirəm. Futbolçu güclüdüsə və yaxşı performans ortaya qoyursa, zatən məşqçi onu start heyətində oynadacaq. Morata “Qalatasaray”da xoşbəxtdi. Amma klubda qalıb-qalmayacağını deyə bilmərəm. Adım bəzi Türkiyə klubları ilə yanaşı hallanır? Mən dedi-qodu və şayiə tipli xəbərlərə reaksiya verməyi sevmirəm. Ciddi bir təklif və layihə gəlsə, onda bu haqda danışmaq olar. Mənim üçün layihənin ciddiliyi və bir klubun inkişaf etmək istəyi əsas meyardı. Təbii ki, Türkiyədən təklif olsa, bunun üzərində düşünə bilərəm. Osimhenə bu qədər çox klubun maraq göstərməsi sürpriz deyil. Çünki “Qalatasaray”da, demək olar, ideala yaxın bir mövsüm keçirdi. Komandaya inanılmaz fayda verdi. Qərarı tam Osimhen özü verməlidi. Ayrılmaq istəsə, “Qalatasaray”ın bunu anlayışla qarşılayacağını düşünürəm. Amma qalmağa qərar versə, bütün camiəni çox sevindirmiş olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 May 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see372

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see341

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see333

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see304

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see300

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see279

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see261

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see249

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see241

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see231

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see222

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see209

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see204

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see202

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see201

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see191

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see190

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see189

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri