Rihannanın malikanəsi gülləbaran edildi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
Los-Anceles polisi ABŞ-li məşhur müğənni Rihannanın Beverli-Hillzdəki evinə atəş açmaqda şübhəli bilinən 30 yaşlı qadını həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bir qadın maşından ulduz sənətçinin evinə təxminən 10 atəş açıb, güllələr malikanənin divarına dəyib.
Hadisə baş verən zaman müğənninin evdə olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə zamanı xəsarət alan olmayıb.
Müğənninin evinə hücum edən şəxsin motivləri barədə məlumat verilməyib.
Baxış sayı:183
Bu xəbər 09 Mart 2026 11:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















