Rimas Kurtinaytis: Basketbolçularıma çəkdikləri əziyyətə görə təşəkkür edirəm
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Maraqlı çempionat keçdi”.
İdman.biz xəbər verir ki, bunu “Sabah” basketbol klubunun baş məşqçisi Rimas Kurtinaytis "Neftçi" ilə final matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Təcrübəli mütəxəssis təşkilatçılara təşəkkür edib: “Builki çempionatda gərgin rəqabətli keçdi. Azərbaycan Basketbol Federasiyası böyük iş görüb. "Neftçi" komandasına finalda nümayiş etdirdiyi mübarizə əzminə görə təşəkkür edirəm. Komandamızı bu uğur münasibətilə təbrik edirəm. Komanda üzvlərinə çəkdikləri əziyyətə görə təşəkkür edirəm".
Qeyd edək ki, Bakı İdman Sarayında təşkil olunan final qarşılaşmasında çempionun adına aydınlıq gəlib. "Sabah" seriyada 4-cü qələbəsini qazanaraq, ardıcıl 3-cü dəfə qızıl medallara sahib çıxıb. "Neftçi" isə seriyada hesaba tarazlıq gətirmək və 7-ci oyunadək uzatmaq arzusu reallaşdıra bilməyib.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 14 May 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















