RİNN də ABŞ ın “Lincoln” klubunun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi ilə görüş keçirilib
Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov ABŞ-nin Oreync vilayətinin “Lincoln” klubunun beynəlxalq əməkdaşlıq üzrə nümayəndəsi Benni Mor ilə görüş keçirib.
“Lincoln” klubu Kaliforniyanın ən böyük biznes klublarından biridir və onun missiyası biznes nümayəndələri üçün şəbəkələşmə, öyrənmə və imkanlara çıxış mühiti yaratmaqdır.
525.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında yüksək texnologiyalar, nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, ölkəmiz bu sahələrdə ABŞ ilə tərəfdaşlığa böyük önəm verir.
Samir Məmmədov Azərbaycanın rəqəmsal inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri diqqətə çatdırıb. Qeyd olunub ki, genişzolaqlı internetə tam çıxışın təmin olunması, “TİER III” səviyyəli data mərkəzləri, SİMA yeni nəsil rəqəmsal imza həlli və “MyGov” platforması Azərbaycanı “çox yüksək” elektron hökumət reytinqi olan ölkələr sırasına çıxarıb.
ABŞ-nin aparıcı İT şirkətlərindən olan “Epam” ilə birgə “MyGov Business” adlı yeni platforma üzərində əməkdaşlığa start verildiyi, bu platformanın dövlət-biznes münasibətlərində vahid pəncərə funksiyası daşıyacağı bildirilib.
Görüşdə “Lincoln” klubuna üzv şirkətlərlə B2B və B2G formatlarda uzunmüddətli əməkdaşlığın təşviqi, şirkətlərin Azərbaycanda nümayəndəliklərinin açılması, insan kapitalının inkişaf etdirilməsi, birgə investisiya qoyuluşu və müştərək vençur fondların yaradılması imkanlarına dair geniş fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 08 Oktyabr 2025 13:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















