Icma.az
close
up
RU
Rişi Sunak iki Universitetdə

Rişi Sunak iki Universitetdə

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az “The Daily Telegraph” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci ilin oktyabrından 2024-cü ilin iyuluna qədər Böyük Britaniyanın Baş naziri vəzifəsini tutmuş Rişi Sunak ABŞ-nin Kaliforniya ştatının Stenford Universitetindəki Quver İnstitutunda stipendiantı və Böyük Britaniyanın Oksford Universitetinin Leonard Blavatnik Hökumət Məktəbində komanda üzvü olacaq.
“Hər iki təhsil ocağı Şimali Yorkşirdəki Riçmond və Nortallerton seçki dairəsindən Böyük Britaniyanın İcmalar Palatasındakı yerini qoruyub saxlamış 44 yaşlı siyasətçiyə yaxşı tanışdır. O, Oksfordda fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb. Stenford Universitetində isə nəinki MBA dərəcəsi alıb, həm də təhsil aldığı müddətdə Hindistanın ən zəngin adamlarından biri olan Narayan Murtinin qızı, gələcək həyat yoldaşı Akşata Murti ilə tanış olub”, - nəşr vurğulayır.
Təhsilini başa vurduqdan sonra Rişi Sunak ABŞ-nin “Goldman Sachs” bankında vı bu ölkədə bir neçə xedj-fondlarda və investisiya şirkətlərində çalışıb. Qəzetin yazdığına görə, Sunak Kaliforniyanın Santa Monika şəhərində 7 milyon dollar dəyərində penthaus sahibidir.
“Mənim həm Oksforda, həm də Stenforda böyük bağlılığım var. Hər ikisində oxumaq mənə qismət olub. Onlar mənim həyatımı və karyeramı formalaşdırdılar və mən öndəki aylarda və illərdə onların dünya səviyyəli tədqiqatlarına töhfə verməyi səbirsizliklə gözləyirəm”, - “The Daily Telegraph” Rişi Sunakdan sitat gətirib.
Qeyd edək ki, 2024-cü ilin iyulunda keçirilən seçkilərdə “Mühafizəkarlar” Partiyasının məğlubiyyətindən sonra Böyük Britaniyanın sabiq Baş naziri işlə bağlı planlarını bölüşmürdü.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azvision.az
archiveBu xəbər 22 Yanvar 2025 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri