Icma.az
close
up
RU
Risk qrupundakı uşaqlar tədbirlərdən KƏNAR QALIR Ekspertdən ilginc AÇIQLAMA

Risk qrupundakı uşaqlar tədbirlərdən KƏNAR QALIR Ekspertdən ilginc AÇIQLAMA

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Yeniyetmələrin narkotik vasitələrə meyilli olması cəmiyyətdə ciddi narahatlıq doğuran əsas məsələlərdəndir.

Mütəxəssislər bu asılılığın səbəbləri sırasında ətraf mühitin təsirini, ailədaxili problemləri və sosial çətinlikləri önə çəkirlər.

Xüsusilə yeniyetmələr bu dövrdə emosional cəhətdən zəif olur və asanlıqla təsir altına düşə bilirlər.

Valideynlərin uşağa nəzarət imkanları azaldıqda isə məktəblərin rolu daha da ön plana çıxır.

Bəs məktəblərdə risk qrupuna daxil olan uşaqlara yönəlik real və təsirli tədbirlər geniş şəkildə tətbiq edilirmi?

Gununsesi.info-ya danışan Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov məsələni belə şərh edib:

“Bəzən valideynin uşağa nəzarət etməyə nə vaxtı, nə də imkanı olur. Bu səbəbdən məktəblər bu sahədə daha ciddi rol almalıdır. Valideynə hansısa qanuni tələbi tətbiq etmək çətin olsa da, məktəblərdə bu istiqamətdə müəyyən sistemlər qurmaq mümkündür.

Məsələn, hər 100 şagirdə bir psixoloq təyin edilsə və həmin mütəxəssis məktəbdə daimi fəaliyyət göstərsə, bu, azı 50% müsbət nəticə verə bilər. Çünki problemli, savadsız və ya maddi çətinliklərlə üzləşən ailələrdən gələn uşaqların sayı az deyil – təxminən 70–80%-i risk qrupuna daxil olanlar məhz belə ailələrdən çıxır. İllərdir müşahidə edirik ki, bəzi valideynlər nə uşağa baxa bilir, nə də vəziyyəti dəyişmək üçün resursları və ya bilgiləri var.

Bu səbəbdən məktəblərdə psixoloqların sayı artırılmalı, onlara layiqli maaş verilməli, işə motivasiya yaradılmalıdır. Mən bu sistemin xarici ölkələrdə necə işlədiyini görmüşəm və effektiv olduğunu təsdiq edə bilərəm. Hətta bəzi hallarda bizim mental dəyərlərimiz uşaqları bu cür yollardan qorumaqda müəyyən üstünlüklər də yaradır.

Ən vacib məsələ isə uşaqlarla düzgün ünsiyyət qurmaq, onlarla açıq və səmimi diskussiya aparmaq, güvənli mühit yaratmaqdır. Gənclərlə dialoq aparmaq, onları dinləmək və yönləndirmək problemin əsas həll yollarındandır.

Amma elə valideynlər də var ki, əslində onlarla da kiminsə məşğul olması vacibdir. İndi elə bir dövrdür ki, hamı işləyir. Bəzən valideyn səhər işə gedir, axşam qayıdır və hansısa səbəbdən uşağı ilə kifayət qədər maraqlana bilmir. Əsas problem də məhz buradan qaynaqlanırş”.

Narkomaniya ilə bağlı keçirilən tədbirlərin vəziyyətinə toxunan Emil Maqalov qeyd edib ki, belə tədbirlərdə ancaq eyni kontingent iştirak edir.

“Daima eyni uşaqlar, eyni valideynlər və ya el arasında “mama uşaqları” deyilənlər. Mən heç bir tədbirdə risk qrupuna daxil olan, küçələrdə vaxt keçirən, davranış problemi olan və ya narkomaniyaya meyilli uşaqların dəvət olunduğunu görməmişəm. Əgər əsas problem həmin uşaqlardırsa, niyə biz bu təlimləri artıq düzgün davranış sərgiləyən, tərbiyəli uşaqlara keçiririk? Biz mütləq şəkildə risk qrupundakı uşaqları müəyyənləşdirib onlara yönəlməliyik.

Məktəbdə və ya sinifdə nüfuzu olan, əhatəsi geniş olan, yoldaşlarına təsir gücü olan uşaqları seçib onlara təlim keçmək lazımdır ki, onlar da öz təsir imkanlarından istifadə edərək ətraflarına müsbət təsir göstərə bilsinlər. Amma təəssüf ki, hazırda keçirilən təlimlər belə formatda deyil.

Bunun əsas səbəbi odur ki, tədbirlərdə iştirak edən tərbiyəli uşaqlar sakit dayanır, qaydalara əməl edir, müəllimi narahat etmir. Əgər tədbirə hansısa hiperaktiv, davranış problemi olan uşaq dəvət olunsa, o, sakit oturmayacaq. Bu zaman müəllim də istəmir ki, onun tədbirinə söz gəlsin və nəticədə həmin uşaqlar tədbirlərdən kənarda qalır.

Tərbiyəli uşaq onsuz da özünü dərk edir, dərsini oxuyur, məktəbə gedib-gəlir, özünü maarifləndirir. Amma elə uşaqlar da var ki, onlara valideyndən çox müəllimin sözü keçir. Məhz belə uşaqlara çatmaq, onlarla ünsiyyət qurmaq və düzgün istiqamət vermək çox vacibdir.

Çünki həqiqətən də uşağın ətraf mühitinin necə olduğunu əvvəlcədən müəyyən etmək mümkün deyil. Valideyn evdə nə qədər diqqət və qayğı göstərsə də, bəzən hər şeyi tam nəzarətdə saxlamaq olmur”– deyə ekspert fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri