Icma.az
close
up
RU
Rivaldo “Real”ın oyununda intriqanın ölmədiyini düşünür

Rivaldo “Real”ın oyununda intriqanın ölmədiyini düşünür

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Barselona”nın əfsanəsi Rivaldo İspaniyanın “As” nəşrinə açıqlamalar verib. 52 yaşlı sabiq braziliyalı futbolçu 1997-2002-ci illərdə Kataloniya nəhənginin şərəfini qoruyub və ikisi La Liqa çempionluğu olmaqla dörd titul qazanıb.

1999-da “Qızıl top”u qazanmış və Braziliya yığması ilə DÇ-2002-nin qalibi olmuş Rivaldo “Real”ın ÇL-də geridönüş şansından, Vinisiusdan və başqa məqamlardan danışaraq indiki “Barselona”nı Qvardiolanın əfsanəvi komandası ilə də müqayisə edib:

“Heç kimə sirr deyil ki, 0:3-dən sonra geri dönmək asan olmur. Amma futbolda mümkünsüz heç nə yoxdu. Xüsusilə də söhbət “Real”dan gedirsə, hər şey gözləmək olar. “Real”ın hücum potensialı böyükdü. Sadəcə, sabitlik çatışmır. Bəzən son oyunda olduğu kimi qol vura bilmirlər. Amma bir də görürsən, növbəti oyunda qısa müddətdə komanda ardıcıl qollar vurur. İntriqanın öldüyünü düşünmürəm. Cavab oyunu çox maraqlı keçəcək. Madridlilər mərhələni keçə bilməsələr, böyük ehtimalla Karlo Ançelottinin dönəmi başa çatacaq. Belə böyük klublarda uğursuz nəticələr həmişə problemlərə, narazılıqlara və sonda da dəyişikliklərə səbəb olur. Həm də Ançelottinin Braziliya yuığmasının başına keçmək ehtimalının olması da məsələni qəlizləşdirir. “Real” fanatları onun artıq əvvəlki qədər motivasiyalı olmadığını düşünməyə başlaya bilər. Bəlkə də reallıqda belə deyil. Amma nəticələr pisləşən kimi istər-istəməz belə fikirlər formalaşır. Vinisius? O az qala “Qızıl top”u qazanmaq üzrə idi. Bundan başqa, FİFA-nın versiyası üzrə qalib oldu. Yəni ilin futbolçusu seçildi. Sonra onun da Səudiyyə Ərəbistanına mümkün keçidi barədə şayiələr yayıldı. Vininin oyununda eniş yaşandıqda tənqid olunması normaldı. “Arsenal” ilə cavab oyunu onun üçün əsl fürsətdi. Vinisius hələ “ölmədiyini”, əvvəlki futbolçu olduğunu və həlledici məqamda səhnəyə çıxmağı bacardığını göstərməlidi. Hər şey onun özündən asılıdı. “Barselona” – “Borussiya” duelində cavab matçına intriqanın qaldığını düşünmürəm. Dortmund klubuna böyük hörmətim olsa da, onların cavab oyununda 0:4-dən geri dönəcəklərinə inanmıram. İndiki “Barselona”nı bir çoxları Qvardiolanın komandası ilə müqayisə edir. Bu “Barsa” bəlkə də həmin səviyyəyə tam çatmayıb. Amma çatmağa çox yaxındı. Hər şey mövsümün sonluğundan asılı olacaq. “Barselona” hər üç turnirdə qalib gəlməyə və “trebl” etməyə qadirdi. Bu baş versə, hamı onlardan danışacaq. Kənardan görünür ki, komandada çox yaxşı ab-hava var. Futbolçular oyundan zövq alır. Paltardəyişmə otağında heç bir problem gözə dəymir. Flik komandanı toparlamağı bacarıb. Kim layiqdisə, onu da meydana buraxır. Bütün bunlar nəticədə də əksini tapır. “Barselona”nın “trebl” etməsi futbolda yeni bir dönəmin əsasını qoya bilərmi? Niyə də yox?! Hadisələrin belə axarı həm İspaniya, həm də Avropa futboluna pozitiv təsir göstərə bilər. Amma dediyim kimi: gəlin, tələsməyək və mövsümün sonunu gözləyək. Bir məqam dəqiqdi ki, “Barselona”nın məşqçi dəyişikliyindən sonra sərgilədiyi futbol ən xoş sözlərə layiqdi. Çünki cəmi 2-3 il öncə klubda çox çətin və gərgin ab-hava hökm sürürdü. Klubda düzgün gedən şeylərin sayı yanlış məqamlardan daha az idi. Ciddi dəyişikliklərə ehtiyac duyulurdu və rəhbərlik də məhz bunu etdi. Həm meydanda, həm də ondan kənarda böyük dəyişikliklər izlədik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:270
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Aprel 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri