Icma.az
close
up
RU
Riyaziyyatçı alim Arif Babayevin 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib AZƏRTAC

Riyaziyyatçı alim Arif Babayevin 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib AZƏRTAC

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 12 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunda Azərbaycanın görkəmli riyaziyyatçısı, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi Arif Babayevin 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi sessiyada baş direktor professor Misir Mərdanov görkəmli alimin elmi fəaliyyətindən danışıb, onun əsərlərinin aktuallığını itirməyən məxsusi inteqral və sinqulyar tənliklərin həllinə həsr olunduğunu bildirib.

Professor Misir Mərdanov görkəmli alimin gənclərin istedadlı kadr kimi yetişdirilməsində xidmətlərindən və elmi məktəbindən bəhs edib. “Arif Babayev apardığı elmi tədqiqat işlərini həmişə uğurla yerinə yetirirdi. Fitri istedadı sayəsində dünyanın məşhur riyaziyyatçılarının araşdırdığı problemlərin həllinə qısa müddətdə nail olurdu. Arif müəllimin gözəl nitqi, güclü riyazi məntiqi, yüksək mədəniyyəti vardı. Çox iti yaddaşlı, xeyirxah, ədalətli, yeri gələndə sözünü deyən, yalnız riyaziyyat sahəsində deyil, tarix və ədəbiyyat sahələrində də dərin biliyi olan böyük şəxsiyyət idi”, - deyə Misir Mərdanov vurğulayıb.

Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsinin Riyazi analiz kafedrasının müdiri dosent Rəşid Əliyev alimin elmi və təşkilati fəaliyyəti haqqında geniş məruzə ilə çıxış edib. Bildirib ki, alimin rəhbərliyi altında 50-dən çox namizədlik və doktorluq dissertasiyası müdafiə edilib.

Sonra BDU-nun Riyazi-fizika tənlikləri kafedrasının müdiri akademik Yusif Məmmədov, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrasının müdiri professor Hamlet Quliyev, Riyaziyyat və Mexanika İnstitutunun Diferensial tənliklər şöbəsinin baş elmi işçisi professor Məmməd Bayramoğlu, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Ümumi və tətbiqi riyaziyyat kafedrasının müdiri, professor Araz Əliyev çıxış edərək alimin Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıblar və onunla bağlı xatirələrini bölüşüblər. Çıxışlarda Arif Babayevin xatirəsinin onu tanıyanların qəlbində daim yaşayacağı qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Dekabr 2024 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri