Robbi Uilyamsa autizm diaqnozu qoyuldu
Icma.az, Axsham.az saytına istinadən bildirir.
Britaniyalı müğənni Robbi Uilyamsa autizm diaqnozu qoyulub.
Axşam.az xəbər verir ki, bu barədə “Metro” qəzeti məlumat yayıb. Müğənninin sözlərinə görə, o, diqqət çatışmazlığı və hiperaktivlik sindromu ilə yaşayır. İndi isə ona autizm diaqnozu qoyulduğunu öyrənib.
“Bu, mənim çox xoşuma gəlir, çünki bir çox şeyi izah edir” deyə, Robbi bildirib.
Uilyams zarafatla deyib ki, diaqnoz onun üçün “həbsxanadan azad olunmaq kartıdır”. Müğənni qəribə davranışlarını bundan sonra autizmlə əlaqələndirəcəyini də qeyd edib.
Daha sonra ciddi danışan Robbi uzun müddətdir obsesiv düşüncələrdən əziyyət çəkdiyini bildirib. Onun sözlərinə görə, bu düşüncələrin yaratdığı panika və qorxunu azaltmaq üçün beynini yaradıcı olmağa öyrətməyə çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 19 Avqust 2026 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















