Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 22 avqust, AZƏRTAC
Çində "İldırım" adlı robot 100 metr məsafəyə qaçışda insan rekordunu keçib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, avqustun 22-dən 26-dək Pekində keçiriləcək Dünya Humanoid Robot Oyunlarından öncə təşkil olunan test yarışında 16 ölkədən 666 komanda və 2056 robot iştirak edib.
"İldırım" 100 metr məsafəni 9,32 saniyəyə qaçaraq yamaykalı idmançı Usain Boltun (9,58 saniyə) dünya rekordunu qırıb. Robot saniyədə 14,5 metr maksimal sürətə çatıb.
Aprel ayında "İldırım" robotu Pekində keçirilən 21 kilometrlik yarımmarafonda da qalib gələrək, 50 dəqiqə 26 saniyəyə finişə çatıb. Yarımarafonda robotun boyu 169 santimetr, ayaqlarının uzunluğu isə 95 santimetr olub. Mütəxəssislər o vaxtdan bəri Pekin Oyunları ərəfəsində onun ayaqlarını 10 santimetr uzadıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 22 Avqust 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















