Icma.az
close
up
RU
Robotlar arasında döyüş yarışı keçirildi FOTOLAR

Robotlar arasında döyüş yarışı keçirildi FOTOLAR

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin Hançjou şəhərində keçirilən Dünya Robot Yarışmasında ilk dəfə olaraq insanabənzər robotlar arasında döyüş yarışı təşkil edilib. 

Sfera.az türk mediasına istinadən xəbər verir ki, müsabiqədə "Unitree Robotics" şirkətinin hazırladığı dörd G1 modeli robot iştirak edib. Təxminən 35 kiloqram çəkisi və 132 santimetr boyu olan bu robotlar insan “təlimçiləri” tərəfindən uzaqdan idarə olunaraq rinqə daxil olublar.

Döyüş iki mərhələdən ibarət olub. Robotlar rəqiblərinin baş və bədən nahiyələrinə yumruq və təpik zərbələri endirərək xal toplamağa çalışıblar. Qaydalar üzrə bir yumruq bir xal, bir təpik üç xal qazandırıb. Döyüş zamanı yerə yıxılan robotlar isə beş xal itiriblər.

Yarışma görüntülərində robotların hərəkətlərinin axıcı, lakin zərbələrinin təsir gücünün zəif olduğu müşahidə edilib. Bununla belə, onların koordinasiyalı və mayevari hərəkətləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Bəzi robotlar döyüş zamanı müvazinətlərini itirərək yerə yıxılsa da, əksəriyyəti qısa müddətdə ayağa qalxmağı bacarıb.

“Unitree Robotics”in baş direktoru Vanq Qixin bildirib ki, robotlara döyüş hərəkətləri süni intellekt texnologiyası vasitəsilə öyrədilib. Bu hərəkətlər peşəkar idmançıların məlumatları əsasında virtual mühitdə modelləşdirilib.


Zhejiang Universitetinin tədqiqatçısı Li Gaofeng qeyd edib ki, Çin son altı ayda insanabənzər robot texnologiyasında əhəmiyyətli irəliləyiş əldə edib və bu inkişaf yarışda da öz əksini tapıb. Onun sözlərinə görə, belə yarışlar yalnız əyləncə məqsədi daşımır. Robotlar döyüş əsnasında bir-birindən öyrənir, tədqiqatçılar isə bu prosesləri analiz edərək gələcək inkişaf istiqamətlərini müəyyənləşdirirlər.


Mütəxəssislər hesab edirlər ki, döyüş kimi yüksək koordinasiya və reaksiya tələb edən ssenarilər robotların elektron komponentləri və idarəetmə alqoritmləri üçün ideal sınaq meydanıdır. Sənaye analitiklərinin fikrincə, bu cür yarışlar Çinin sürətlə inkişaf edən robot texnologiyasında sensorlar, reaksiya mexanizmləri və idarəetmə sistemləri sahəsində innovasiyalara güclü təkan verəcək.

Fidan Hacızadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:230
embedMənbə:https://sfera.az
archiveBu xəbər 27 May 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri