Icma.az
close
up
RU
Roma aeroportlarında xaos müşahidə olunur

Roma aeroportlarında xaos müşahidə olunur

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Roma aeroportlarında Aİ sərhəd nəzarəti sistemi müvəqqəti olaraq dayandırılıb. Bu yeni sistem Aİ üzvü olmayan vətəndaşların barmaq izlərini qeyd edir və üzlərini skan edir. Lakin o, hələ tam işləmir və bu səbəbdən uzun növbələr yaranır.

AZƏRTAC xəbər verir ki, giriş-çıxış sistemi (EES) adlanan bu texnologiya Aİ ölkəsinə qısamüddətli səfər edən İttifaqın üzvü olmayan dövlətlərin vətəndaşlarının gəlişini və gedişini qeyd edir. Onun məqsədi müddətin aşılması, saxta sənədlərin istifadəsi və vizasız səyahətdən sui-istifadə halları ilə mübarizə aparmaqdır. EES sistemi yalnız Avropaya giriş icazəsi olan şəxslərə şamil edilir.

Bu sistem aprel ayında istifadəyə verildiyi vaxtdan bəri davamlı texniki problemlərlə üzləşib. Təhlükəsizlik üzrə yoxlama məntəqələri heç də həmişə düzgün işləmir. Bundan əlavə, görünür ki, əvvəllər EES vasitəsilə qeydiyyatdan keçmiş sərnişinlər hələ də bütün yoxlamalardan keçməlidirlər. Roma hava limanlarında hətta yay mövsümünün pik dövründən kənarda belə uzun sərnişin növbələri yaranır.

“Aeroporti di Roma” (ADR) şirkətinin baş direktoru Marko Tronkone bildirib ki, hava limanlarında yay mövsümü ilə bağlı narahatlıq var. EES sisteminin müvəqqəti olaraq dayandırılması “fəlakətin” qarşısını almağın yeganə yolu olardı. Avropa Komissiyasının sözçüsü isə ANP xəbər agentliyinə bildirib ki, sistem tam işləkdir və yaxşı işləyir.

EES sistemi istifadəyə verildiyi gündən bəri mübahisələrə səbəb olub, çünki o, böyük həcmdə həssas şəxsi məlumatları emal edir. Bu, digər prosedurlar ilə yanaşı, barmaq izləri və üz skanlarını da özündə birləşdirən geniş məlumat bazasının yaradılmasına gətirib çıxarır. “Nu.nl” nəşrinin məlumatına görə, belə mərkəzləşdirilmiş məlumat bazası hakerlər, cinayətkar təşkilatlar və ya xarici qurumlar tərəfindən sui-istifadəyə qarşı həssasdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 İyun 2026 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see547

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see309

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see299

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see298

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see292

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see273

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see269

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see269

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see255

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see252

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see240

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see240

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see238

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see235

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see233

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see233

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see230

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see221

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see221

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see221
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri