Icma.az
close
up
RU
Tarix və təbiətin vəhdəti: Roma papalarının sevdiyi yay iqamətgahı

Tarix və təbiətin vəhdəti: Roma papalarının sevdiyi yay iqamətgahı

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Tivoli - Romadan bir günlük səyahət üçün ideal yerdir. Bu, Latsio bölgəsində, Aniene çayı tərəfindən oyulmuş dərənin üstündə yerləşən kiçik bir şəhərdir. Dramatik hadisələrlə dolu uzun tarixi var. Mənzərəli villaları, bağları, qədim Roma amfiteatrı kimi tarixi yerləri ilə tez-tez nağıl şəhəri kimi təsvir olunur. Həmçinin şəlalələri və dar küçələri ilə, dünya turistlərinin diqqətini çəkən termal mənbələrlə məşhurdur.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin Tivoli şəhərindən hazırladığı reportajı təqdim edir:

Tivoli (əslində Tibur adlanır) imperatorlar, papalar, kardinallar, mütəfəkkirlər və rəssamlar tərəfindən sevilib. Onlar Romanın səs-küyündən qaçaraq, məhz bu şəhərdə sığınacaq tapıblar. Kiçik ərazisinə baxmayaraq, Tivoli turistləri maraqlandıran tarixi və memarlıq abidələri ilə zəngin bir çox unikal obyektlərə sahibdir. Aniene çayı üzərində strateji mövqeyə malik olması sayəsində qədim Roma dövründə əsası qoyulan şəhər İmperator Adrianın dövründə mühüm yaşayış məntəqəsi kimi tanınıb.

Roma papalarının sevdiyi yer

Tivoli Romadan xeyli əvvəl - 13-cü əsrdə qurulub. Buna görə də şəhər çox zəngin tarixə malikdir. Təəssüf ki, İkinci Dünya müharibəsi zamanı şəhər amansız bombardmanlara məruz qalıb, nəticədə bir çox tarixi binalar dağıdılıb. Uzun sürən bərpadan sonra italyanlar şəhərin əvvəlki görkəmini qaytara biliblər.

Məhz havasına və sərinliyə görə Roma İmperiyası dövründə imperatorlar və aristokratlar Tivolini yay villaları üçün məkan seçiblər. Bu villalardan ikisi şəhəri ziyarət etmək üçün əsas səbəbdir: hazırda Villa Adriana və Villa Este UNESCO-nun Dünya İrsi siyahısındadır. Roma papaları da bu sərin şəhərdə dincəlmək üçün yay iqamətgahlarını Tivoliyə köçürüblər.

Əksər turistlər Tivolidəki bu tarixi tikililər haqqında eşidib, bəziləri onların internetdə şəkillərini görüb, lakin daha çox insan onları real həyatda öz gözləri ilə görmək üçün buraya can atır. Çünki Tivoliyə səyahət bir gündə minillikləri keçmək, antik dövrü ziyarət etmək, dəbdəbəyə, gözəlliyə heyran olmaq, ləzzətli kofe içmək, dondurma yemək, yerli mətbəxin dadına baxmaq və intensiv hərəkət etmək fürsətidir.

Burada hər dəqiqə qiymətlidir

Dəmiryolu vağzalında qatardan düşüb şəhərin mərkəzinə doğru irəlilədikcə sanki tarix adama qucaq açır. Mərkəzdə şəhərin azad ruhu hiss olunur. Küçə musiqiçilərinin nəğməsi, insanların şən hay-küyü yol boyunca yayılır. Yaşıl ağacların kölgəsindəki skamyalarda əsasən yerli qocalar oturub və qayğısız halda söhbətləşirlər. Turistlər isə bu şəhərə bir günlük baş çəkməyə gəldiklərindən "hər dəqiqə qiymətlidir", - deyə küçələrdə çox da ayaq saxlamırlar. Turizm şirkətlərinin nümayəndələri hər addımda "Villalar və fəvvarələr şəhərinə xoş gəldiniz" deyə əllərindəki broşürü uzadırlar.

İmperiyanın qüdrətinin sübutu

Tivolinin ən məşhur görməli yerlərindən biri Roma İmperatoru Adrian üçün iqamətgah kimi tikilmiş nəhəng kompleksdir. Villa təxminən 120 hektar ərazini tutur. Turistlər bu ərazidə qədim dövrlərə aid saysız-hesabsız binaların xarabalıqlarını görmək imkanı əldə edirlər.

Adrian villası imperiyanın qüdrətinin ən möhtəşəm sübutlarından biridir. İndi də onun 40 hektara yaxın ərazisini tutan xarabalıqları arasında gəzəndə təsəvvür etmək olar ki, imperator memarlığının zənginliyinə görə tarixə ən böyük saraylardan biri kimi düşəcək iqamətgah tikmək əmrini necə verib. Görünür, villa imperatorun təlaşdan qaçdığı sevimli məkanına çevrilib. Villada ən yaxşı qorunan arena, Yunan teatrı, Akademiya, Qızıl Meydan və Filosoflar zalı var. Saray yaşıl ağaclarla əhatə olunub, kolonnalarla bəzədilib, eyvanın altındakı yollar və zindanlar, dekorasiyalar bu bölgədə bol olan mərmərdən hazırlanıb. 20-ci əsrin məşhur yazıçısı Marquerite Yourcenar uzun müddət burada qalıb və o, 20-ci əsrin ən gözəl romanlarından biri "Hadrianusun xatirələri" üçün ilham alıb. İndi bu əsər turistlərə "Tivoliyə səyahət etməzdən əvvəl mütləq oxumağa dəyər", - deyə məsləhət görülür.

Bu arxeoloji abidənin qlobal əhəmiyyətinə baxmayaraq, giriş qiymətləri digər attraksionlarla müqayisədə kifayət qədər aşağıdır: cəmi 8 avro.

"İtalyan bağlarının modeli"

Tivolinin digər məşhur sarayı "Villa Este" 16-cı əsrə aid nəhəng bir mülkdür. Şəhərin mərkəzində yerləşən villa tez-tez Avropadakı memarları ilhamlandıran "İtalyan bağlarının modeli" adlanır. Bu bağlar mütəxəssislər tərəfindən çiçəklənmə dövründə "Landşaft dizaynının nümunəsi" hesab olunur. Tivolinin qərb hissəsində, kafedralın yanında yerləşən bağlar kifayət qədər geniş ərazini tutur. Bunlar kiçik bağlar deyil: heykəlləri, dumduru fəvvarələri, su şouları, hovuzları, şəlalələri, mağaraları və Roma ətrafının heyrətamiz mənzərələrinə malik terrasları olan bütöv bir bağ kompleksidir. Bu füsunkar yaşıllığın müxtəlif guşələri ilə tanış olmağa xeyli vaxt lazımdır. Ərazidə bir neçə dəbdəbəli fəvvarələr var: Mərkəzi, Tivoli və Neptun Fəvvarəsi heykəltəraşlıq qrupları ilə bəzədilib.

Bağdakı sarayın ən mühüm otaqları arasında dörd məşhur salon var: Şöhrət, Ovçuluq, Nuh və Birinci Tiburtin. Hər otaq İntibah sənətinin şah əsərləri ilə bəzədilib. Zalları gəzərək, sanki inanılmaz məharətlə təsvir olunan əfsanə və hekayələrin füsunkar dünyasına qərq olursan. "Bu saraylar arxeoloqlar üçün maraqlı bir obyektdir. Qazıntıların nəticələri heyrətləndirməkdə davam edir", - deyə Sarayın bələdçiləri bildirir. Sarayın verandalarından Tivoliyə gözəl panorama açılır: nağıl şəhər ayağının altındadır.

Tivolini hər səyahətçi "nələrisə görə bilmədim" hissi ilə tərk edir. Buna görə də Tivoliyə qayıtmaq üçün həmişə bir səbəb var.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://oxu.az
archiveBu xəbər 07 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri