Roma Papası Uruqvay, Argentina və Peruya səfər edəcək
Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.
Vatikan Papa XIV Leonun noyabrın 6-dan 17-dək Uruqvay, Argentina və Peruya səfər edəcəyini elan edib. Bu səfər ötən il Papa seçilməzdən əvvəl onilliklər ərzində Peruda missioner və yepiskop kimi fəaliyyət göstərmiş Katolik Kilsəsinin rəhbəri üçün böyük əhəmiyyət daşıyacaq.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Papa noyabrın 6–8-də Uruqvaya, 8–11-də Argentinaya, 11–17-də isə Peruya səfər edəcək.
Qeyd edək ki, ABŞ-də anadan olmuş ilk Papa olan Leo, həmçinin Peru vətəndaşıdır. O, 2015–2023-cü illərdə ölkənin şimal-qərbində yerləşən Çiklayo şəhərinin yepiskopu vəzifəsində çalışıb.
Papa Peruda olduğu müddətdə Çiklayo ilə yanaşı, Lima, Kusko və Pukalpa şəhərlərini də ziyarət edəcək. O, Argentinada Buenos-Ayres, Kordoba və Luxan, Uruqvayda isə Montevideo, Paysandu və Florida şəhərlərinə səfər edəcək.
Vatikan səfərlə bağlı təfərrüatları açıqlamayıb və tam marşrutların daha sonra ictimaiyyətə təqdim olunacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:173
Bu xəbər 05 Avqust 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















