Icma.az
close
up
RU
Roma Papasının dünyaya elan olunduğu Müqəddəs Pyotr meydanından REPORTAJ

Roma Papasının dünyaya elan olunduğu Müqəddəs Pyotr meydanından REPORTAJ

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vatikan, 9 may, AZƏRTAC

Ötən gün Papa XIV Leonun Roma Katolik Kilsəsinin rəhbəri seçilməsi ilə insanlar Vatikanın Müqəddəs Pyotr meydanına axın edirlər.

AZƏRTAC xəbər verir ki, müxtəlif ölkələrindən olan insanlar meydana toplaşaraq yeni Roma Papasının seçilməsi münasibətilə dualar edir, yeni pontifikin şərəfinə şüarlar səsləndirirlər. Dünyadakı təxminən 1,4 milyard katolik yeni liderin seçilməsini böyük coşqu ilə qarğılayır.

Seçki prosesini işıqlandırmaq üçün 5300-dən çox jurnalist akkreditasiyadan keçib. Meydanın bir hissəsində isə media nümayəndələri üçün xüsusi zona ayrılıb. Dünyanın hər yerindən gələn jurnalistlər burada öz fəaliyyətlərini həyata keçirirlər. Ərazidə minədək könüllü fəaliyyət göstərir.

Xatırladaq ki, mayın 8-də Müqəddəs Taxt-Tacda keçirilən konklavın (seçki) ikinci günündə üçüncü səsvermə nəticəsində ABŞ-dan olan 69 yaşlı kardinal Robert Fransisk Prevo Roma Katolik Kilsəsinin yeni rəhbəri (267-ci) seçilib. O, Papa XIV Leo adını seçib. Yeni Papa Müqəddəs Pyotr Kilsəsinin eyvanından Müqəddəs Pyotr meydanına toplaşan təxminən 150 min nəfərlik izdiham qarşısında çıxış edib. Papa XIV Leo çıxışında dünyada sülh üçün çağırış edib, körpülərin dialoq yolu ilə qurulmasının vacibliyini vurğulayıb.

Robert Fransisk Prevo əslən ABŞ-dan olan ilk Papa kimi tarixə düşüb. O, 1955-ci il sentyabrın 14-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində anadan olub. Uzun illər Peruda xidmət edib, 2014-cü ildə mərhum Papa Fransisk tərəfindən Perunun Çiklayo şəhərinə yepiskop təyin olunub. 2023-cü ildən Müqəddəs Taxt-Tacda Yepiskoplar üzrə Dikasterin Prefekti, Latın Amerikası Komissiyasının rəhbəri təyin olunub, həmin il kardinal rütbəsinə yüksəldilib. XIV Leo yoxsullara münasibəti və immiqrasiya siyasəti baxımından mərhum Papa Fransisklə oxşar fikirlərə malikdir. Yeni Roma Papası ingilis, ispan, italyan, fransız və portuqal dillərini mükəmməl bilir, latın və alman dillərində oxumağı bacarır, tennis həvəskarıdır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 May 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see252

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see160

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see132

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see129

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see128

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri