Icma.az
close
up
RU
Roma Papasının həyəcan təbili

Roma Papasının həyəcan təbili

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

“Müharibə küləkləri” əsirsə, dünya nə etməlidir?

Bəzən bir cümlə minlərlə silahın gurultusundan daha güclü eşidilir. Roma Papası XIV Levin “müharibə küləkləri yenidən əsir” fikrinə məhz bu prizmadan yanaşmaq mümkündür. Bəli, dini lider, sadəcə, növbəti bəyanatını vermir, o, eyni zamanda, müharibələrin yorub əldən saldığı dünyaya ünvanlanan vicdan çağırışı səsləndirir.

Bəşəriyyət, sanki, müharibələrsiz, münaqişələrsiz qala bilmir. Bu mənada, at izinin it izinə qarışdığı hazırkı dünyada Papanın dediklərinin eşidiləcəyi şübhəlidir. Onun münaqişələrin sülhə olan ümidi məhv etməsinə imkan verməməyə yönəlmiş çağırışına məhəl qoyulacağı da həmçinin. Çox güman, XIV Levin özü də böyük ölçüdə qlobal barışın yaranacağına inanmır. İnansaydı, sosial şəbəkə paylaşımında sülhə bəslədiyi ümidi “kövrək və sarsıntılı” adlandırmazdı. Görəsən, nə vaxtsa dünya barışın kövrək və sarsıntılı olmadığı dövrünü yaşayıbmı?

İnsanlıq XXI əsrə sülh, tərəqqi və texnoloji inkişaf ümidləri ilə qədəm qoymuşdu. Düşünülürdü ki, qlobal əməkdaşlıq, iqtisadi inteqrasiya və diplomatiya müharibələri tarix kitablarının səhifələrində qoyacaq. Ümumən, dünya qəribə paradoks yaşayır. Bir tərəfdən süni intellekt inkişaf edir, kosmik layihələr həyata keçirilir, elm insan həyatını uzatmağın yollarını axtarır. Digər tərəfdən isə eyni insan zəkası daha dağıdıcı silahlar hazırlamaq, daha dəqiq raketlər yaratmaq uğrunda yarışır. Məsələyə XIV Levin baxış bucağından yanaşsaq, texnologiyanın irəli getdiyi bir zamanda vicdanın onun sürətinə yetişmədiyinimi görürük?

Yaxın Şərqdə partlayan bombalar, Ukraynada davam edən dağıntılar, Afrikanın müxtəlif bölgələrində səngiməyən silahlı toqquşmalar və başqa coğrafiyalarda qanlı qarşıdurmalar göstərir ki, bəşəriyyət hələ də müharibə ilə sülh arasında çətin seçim qarşısındadır. Müharibə isə dəhşətdir. O, heç vaxt yalnız cəbhədə baş vermir, evlərin qapısını döyür, anaların göz yaşına çevrilir, uşaqların uşaqlığını əlindən alır, şəhərlərin yaddaşını viran qoyur. Duruma sentimental baxış bucağı ilə yanaşsaq, əslində, hər dağıdılmış bina həm də yarımçıq qalmış bir həyat hekayəsidir. Hər mərmi səsi insanlığın ortaq vicdanını zədələyən zərbədir. Papa XIV Levin çağırışı məhz buna görə xüsusi məna daşıyır.

Bəli, ali dini lider dünyanın diqqətini münaqişələrin insan talelərində buraxdığı sağalmaz izlərə yönəldir. Onun “sülhə olan ümidi itirməyək” çağırışı hər nə qədər romantik səslənsə də, başqa çıxış yolu yoxdur, çünki ümid əsasdır. Əlahəzrət tarix də sübut edib ki, ən böyük dəyişikliklər məhz ümidini itirməyən insanların iradəsi ilə baş verib.

Dediklərimiz fonunda Azərbaycana nəzər salaq. Ölkəmizdə sabitlikdir. Bəzən bu cümlə şablon kimi səslənir. Ancaq dünyada yaşananlara nəzər salsaq, söhbətin həm də ölkəmizin əldə etdiyi böyük nemətdən getdiyini deyə bilərik. Hərçənd, biz dünyada ayrı deyilik və beynəlxalq miqyasda baş verənlərin təsirləri cəmiyyətimizdən yan keçmir. Həm təsirləri, həm də təhlükələri. Ən təhlükəlisi odur ki, müharibə xəbərləri artıq gündəlik həyatın adi informasiya axınına çevrilmək üzrədir. İnsanlar partlayış səslərinə, qaçqın karvanlarına, dağıdılmış şəhərlərin görüntülərinə alışmağa başlayırlar. Halbuki müharibəyə alışmaq bəşəriyyət üçün ən böyük mənəvi məğlubiyyətdir.

Dahi ispan rəssamı, 82 qravürdən ibarət məşhur “Müharibənin fəlakətləri” silsiləsinin yaradıcısı Fransisko Qoyyanın dediyi kimi, müharibənin ən dəhşətli nəticəsi insanın ona öyrəşməsidir. İnsan ona görə müharibəyə öyrəşməməlidir ki, onun həyatının dəyəri heç vaxt statistik rəqəmlərlə ölçülə bilməz. Həm də o səbəbdən ki, britaniyalı filosof və ictimai xadim, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Bertran Rasselin təbirincə desək, “müharibə kimin haqlı olduğunu deyil, yalnız kimin sağ qaldığını müəyyən edir”.

Papa XIV Lev dialoqu və diplomatiyanı yeganə çıxış yolu kimi göstərir. Daha bir “əmma” budur ki, diplomatiya bəzən uzun çəkir, çətin irəliləyir, kompromislər tələb edir. Tarixdən də məlumdur ki, sülh sənədləri bir gündə imzalansa da, onlara gedən yol illərlə çəkir. Ədalətli və davamlı barış isə yalnız silahların susduğu an deyil, insanların bir-birinə yenidən inanmağa başladığı məqamdır. Əgər etimad yaranmırsa, silahlar susanda belə savaş insanların yaddaşında yaşamağa davam edir. Hazırda Azərbaycan və Ermənistan arasındakı durumu da məhz bu cür xarakterizə etmək mümkündür. Deməli, etimad mühiti dərinləşməlidir ki, ölkəmizin rəhbərliyini gerçəkləşdirdiyi kurs da məhz buna yönəlib.

Həqiqətən, bu gün dünyanın ən çox ehtiyac duyduğu resurs neft, qaz, qızıl və ya nadir metallar deyil, məhz qarşılıqlı etimad, siyasi iradə və sülh mədəniyyətidir. Bunlar olmadan nə iqtisadi inkişaf mümkündür, nə də təhlükəsizlik. Deməli, Roma Papasının səsinin milyonlarla insanın səsinə çevrilməsi şərtdir. Ancaq bunun üçün dövlətlər, siyasətçilər və beynəlxalq təşkilatlar onun çağırışını yalnız alqışlamaqla kifayətlənməməli, konkret addımlar atmalıdırlar.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 İyul 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see362

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see306

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see269

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see267

Səhərlər şişmiş və sərt əllər zobdan ola bilər

31 Avqust 2026 16:07see267

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see256

Belə oturanların onurğa sümüyü əyilir

31 Avqust 2026 16:07see256

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see250

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see242

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see240

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see223

Gecə 1 dən gec yatanlarda infarkt riski artır

31 Avqust 2026 16:17see217

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see214

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see213

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see210

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see207

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see201

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see196

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see182

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri