Ronaldinyo futbola qayıtdı İLK MATÇINDA İKİ QOL
Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Braziliyalı futbol əfsanəsi Ronaldinyo 11 illik fasilədən sonra yenidən rəsmi futbol matçında meydana çıxıb.
Apasport.az xəbər verir ki, İtaliya C Seriyasının B qrupunda keçirilən “Ravenna” – “Forli” qarşılaşmasında 46 yaşlı futbolçu start heyətində yer alıb. O, 45 dəqiqə meydanda olub və fasilədə Matteo Maqqio ilə əvəzlənib.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. “Ravenna”nın qollarını Culio Donati və Simone Rabbi vurublar. Bu qələbədən sonra komandanın xalları 32-yə yüksəlib.
Qeyd edək ki, futbolçu karyerasına “Qremio”da başlayan Ronaldinyo daha sonra PSJ, “Barselona”, “Milan”, “Flamenqo”, “Atletiko Mineyro”, “Keretaro” və “Fluminense” klublarında çıxış edib. Braziliyalı ulduz 2015-ci ildə peşəkar futbolçu karyerasını başa vurub.
Lukakudan Belçika millisinə şad xəbər - Zədəsini sağaltdı Fransa - Türkiyə matçı BU KANALLARDA Niderland millisində ciddi itki Fransa klubunda yeni təyinat - RƏSMİ İtaliya millisinin tarixində yeni rekord
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Noyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















