Ronaldo Braziliya Futbol Konfederasiyasının prezidenti olmaq istəyir
Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Braziliya millisinin sabiq hücumçusu Ronaldo ölkə futbolunun hazırkı durumundan danışıb.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Ronaldo Braziliya futbolunun böyük dəyişikliklərə ehtiyacı olduğun deyib. 48 yaşlı keçmiş oyunçu Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istədiyini vurğulayıb:
“Mən Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti olmaq istəyirəm. Mənim istəyim dəyişmir. Biz uyğun anı gözləyirik. Mən son dərəcə hazıram. Braziliya futbolunun böyük dəyişikliklərə ehtiyacı var. İndi mən namizəd deyiləm, çünki seçki gözlənilmir. Bu, sadəcə mənim istəyimdir”.
Qeyd edək ki, Ronaldo İspaniyanın "Real Valyadolid" klubunun prezidentidir. O, 1994-2011-ci illərdə Braziliya millisində oynayıb.
Baxış sayı:109
Bu xəbər 22 Noyabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















