Ronaldo haqqında bilmədiyiniz çox şey var
Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliya millisinin və "Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş yığmadakı komanda yoldaşı Kriştiano Ronaldo haqqında danışıb.
QOL.az xəbər verir ki, o, 39 yaşlı hücumçunu tərifləyib:
“Məncə, Ronaldo haqqında bilmədiyiniz çox şey var. Kriştianonun necə yaşadığını anlamaq üçün daim onun yanında olmalısınız. Ronaldo əla rəqqasdır, yaxşı rəqs hərəkətləri var. Gülməli, həm də həyəcanlıdır. Buraya ilk gələndə heyran olduğum böyük oyunçuların əhatəsində idim. Amma çox utancaq idim. Heç kimlə danışmaq istəmirdim. Başımı aşağı salaraq salam verdim və mən gələndə Kriştiano orada deyildi. Çünki mən milliyə çox erkən qatılmışdım. Ancaq Ronaldo gələndə mənimlə danışdı, adımı çağırdı. O mənə dedi: "Matçlarını gördüm, qol vurursan, "Sportinq"də əla oynayırsan".
Qeyd edək ki, Kriştiano Ronaldo hazırda "Əl-Nəsr"in formasını geyinir. 2003-cü ildən Portuqaliya millisinin üzvüdür. Bruno Fernandeş isə 2017-ci ildən yığmada oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 15 Noyabr 2024 00:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















