Ronaldo karyerasını bitirəcəyinə işarə etdi: “Bu, yəqin ki, son ilimdir”
Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo futbolçu karyerasının başa çatmasına yaxın olduğunu açıqlayıb.
Qaynarinfo “The Guardian”a istinadən xəbər verir ki, 41 yaşlı futbolçu “Vogue” jurnalına müsahibəsində futboldakı gələcəyi barədə danışıb.
Ronaldo bildirib ki, cari ilin onun peşəkar futbolçu kimi son ili olması ehtimalı yüksəkdir.
“Bu, yəqin ki, futbolda son ilimdir və möhtəşəm bir miras qoymaq istəyirəm”, - deyə Ronaldo bildirib.
Karyerası ərzində klub və milli komanda səviyyəsində 950-dən çox qol vuran portuqaliyalı ulduz daha əvvəl də futboldan “tezliklə” və ya “bir-iki il ərzində” gedə biləcəyini söyləmişdi.
Ronaldo futboldan sonrakı həyatını da planlaşdırdığını deyib. O, səyahət və padel kimi məşğuliyyətləri sevdiyini bildirib:
“Futbol həyatınızda böyük boşluq yarada bilər. Buna görə də vaxtınızı yalnız bir deyil, müxtəlif yollarla doldurmalısınız”.
“Mançester Yunayted”, “Real Madrid” və “Yuventus”un keçmiş futbolçusu şəxsi həyatında da yeni mərhələyə qədəm qoyub. O, bu yaxınlarda Corcina Rodriqeslə Portuqaliyanın Kaskayş kurort şəhərində keçirilən mərasimdə ailə həyatı qurub.
Ronaldo futboldan sonra qazandıqlarından zövq almaq istədiyini söyləyib:
“Qazandığım şeylərdən – daha doğrusu, qazandığımız şeylərdən zövq almağa davam etmək istəyirəm. Çünki nəticədə 25 il ərzində çoxlu fədakarlıq etmişik”.
Qeyd edək ki, Portuqaliya millisinin kapitanı bu yay keçirilən dünya çempionatında komandası ilə 1/8 final mərhələsinə qədər irəliləyib. O, yeni mövsüm öncəsi “Əl-Nəsr”in düşərgəsinə qoşulacaq.
Ronaldo karyerası ərzində 5 dəfə Çempionlar Liqasının qalibi olub, 2016-cı ildə Portuqaliya ilə Avropa çempionluğu yaşayıb. O, həmçinin iki dəfə UEFA Millətlər Liqasını qazanıb və 5 dəfə “Qızıl top” mükafatına layiq görülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 16 Avqust 2026 21:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















