Ronaldo kimi futbol ulduzu olmaq istəyən fələstinli oğlanı İsrail öldürdü...FOTO
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
İsrail əsgərləri Hebron yaxınlığındakı meşədə oynayan 14 yaşlı Naci əl-Baba və onun dostlarına atəş açıb...
Dünyadakı uşaqlar kimi, Naci əl-Baba da “eynən Ronaldo kimi” dünyada tanınmış futbolçu olmağı xəyal edirdi. Ancaq - onun taleyi "nicat tapan, sağ qalan" mənasını verın adı kimi olmadı. Bu, işğal altındakı Qərb Sahilində doğulmuş bir oğlanın taleyi idi.
Moderator.az xəbər verir ki, “Əl-Cəzirə”nin yayımladığı acı hekayətdə belə deyilir.
14 yaşlı bir yeniyetmə üçün ucaboy olan Naci həmişə gülümsəyirdi və ailəsi onun mehribanlığını, sakitliyini və ətrafdakı hər kəsə köməkliyini hamı xatırlayır.
O, futbola həvəsli idi - Hebronun şimalında, Halhuldakı idman klubunda saatlarla məşq edirdi.
Məktəbdən sonra məhəllə uşaqları ilə futbol oynamağı sevən adi bir oğlan...
Anası Samahar əz-Zamara Nacinin ondan daha ucaboy olduğunu anladığı anı xatırlayır. Deyir ki, o, heç vaxt dostunun və ya sevilən birinin xahişini rədd etməmişdi...
"O, yaşından əvvəl böyüdü.O, bizi tərk edəndə hiss etdim ki, heç vaxt geri ala bilməyəcəyimiz bir parçamı itirmişəm” – deyən 40 yaşlı ananın bu sözləri ürək parçalayır..
Noyabrın 3-də Naci sevdiyi işi görərkən - dostları ilə Hebron yaxınlığındakı meşədə futbol oynayarkən İsrail əsgərləri tərəfindən açılan atəşlə öldürülüb...
Allah bütün dünyadakı günahsız savaş qurbanları kimi Naciyə də rəhmət eləsin”
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 14 Dekabr 2024 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















