Icma.az
close
up
RU
Abbas Abbasovun oğlu da hədəfdə Sabiq deputatla bağlı iki versiya...

Abbas Abbasovun oğlu da hədəfdə Sabiq deputatla bağlı iki versiya...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun “Mehdiyev işi” çərçivəsində axtarışa verilməsi xəbəri ictimai müzakirələrə səbəb olub. Bu konteksdə onun bir vaxtlar deputat olmuş oğlu Aydın Abbasov da diqqət mərkəzindədir. Bildirilir ki, sabiq millət vəkilinin də fəaliyyəti araşdırılmalı, hətta istintaqa cəlb olunmalıdır.

Bu, mümkündürmü? Aydın Abbasov xaricdə olduğu təqdirdə, Azərbaycana təhvil verilə bilərmi?

Globalinfo.az-a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, Aydın Abbasova qarşı ittiham varsa, o, istintaqa cəlb oluna bilər:

“Bildiyim qədər Aydın Abbasov barəsində cinayət işi başladılmayıb. Əgər axtarışa verilərsə, o zaman onu olduğu ölkədən istəmək mümkündür. Abbas Abbasovun isə Rusiyada olduğu barədə məlumatlar var. Məsələ hüquqi əsaslardan asılıdır. Əgər Azərbaycanda hər hansı bir şəxs barəsində cinayət işi başlanıbsa və bunun üçün tutarlı hüquqi əsaslar mövcuddursa, iki mexanizm tətbiq edilə bilər. Ya həmin şəxs İnterpol xətti ilə beynəlxalq axtarışa verilir, ya da onun olduğu ölkəyə birbaşa müraciət olunur. Şəxsin harada olduğu məlumdursa, müvafiq ölkəyə rəsmi sorğu göndərilə bilər”.

Əkrəm Həsənov

Hüquqşünas bildirib ki, növbəti mərhələdə məsələ həmin ölkənin məhkəmə orqanları tərəfindən araşdırılır:

“Məhkəmədə tutarlı əsaslar təqdim edilərsə, şəxsin Azərbaycana ekstradisiyası barədə qərarın olması mümkündür. Lakin burada yalnız hüquqi amillər deyil, dövlətlərarası münasibətlər də mühüm rol oynayır. Belə proses qarşılıqlılıq prinsipi əsasında həyata keçirilir”.

Əkrəm Həsənovun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında bu sahədə əməkdaşlıq təcrübəsi mövcuddur:

“Azərbaycan və Türkiyə zaman-zaman bir-birinə axtarışda olan şəxsləri təhvil veriblər. Lakin Rusiya ilə münasibətlərdə bu proses hər zaman eyni cür baş vermir. Ona görə də konkret halda ekstradisiyanın mümkün olub-olmayacağını dəqiq demək çətindir”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub.

Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Qeyd edək ki, A.Abbasov 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu müddət ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə tutduğu vəzifədən azad edildikdən sonra Rusiya Federasiyasında yaşamağa başlayıb.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Dekabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see325

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see261

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see252

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see221

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see217

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see212

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see208

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see206

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see204

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see201

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see196

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see193

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see192

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see186

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see185

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see184

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see184

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see178

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see176

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri