Ronaldo klubunu dəyişə bilər
Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo haqqında yeni idda ortaya çıxıb.
QOL.az xəbər verir ki, bu barədə "TalkSPORT" məlumat yayıb.
39 yaşlı hücumçu komandasını dəyişə bilər. Onun 2025-ci ilin iyununda azad agent kimi "Əl-Hilal"a keçmək ehtimalının olduğu yazılır.
Ronaldo yenidən böyük turnirdə oynamaq istədiyi üçün bu variantı nəzərdən keçirir. Çünki "Əl-Nəsr" klublararası dünya çempionatına vəsiqə qazana bilməyib, lakin "Əl-Hilal" həmin turnirdə iştirak hüququ əldə edib.
Qeyd edilir ki, səbəblərdən biri də Ronaldonun “İnter Mayami” ilə kubok uğrunda mübarizə aparacaq Lionel Messi ilə son dəfə döyüşmək istəyi ola bilər.
Qeyd edək ki, Ronaldo 2022-ci ilin dekabr ayının 30-da "Əl-Nəsr"lə 2,5 illik müqavilə imzalayıb. Hazırda futbolçunun transfer dəyəri 12 milyon avro olaraq qiymətləndirilir.
Baxış sayı:100
Bu xəbər 08 Yanvar 2025 01:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















