Ronaldo millidən qalmaqalla ayrıldı
Icma.az bildirir, Qol.az portalına istinadən.
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun yığmanın Kopenhagendəki düşərgəsini tərk etdiyi dəqiqləşib.
QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Bildirilir ki, 41 yaşlı futbolçu milli komandanın toplanışında iştirakını davam etdirməkdən imtina edib və oktyabrın 1-də gecə saat 02:00-da Madridə çatıb.
Daha əvvəl Ronaldo ilə Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus arasında fikir ayrılığı yarandığı bildirilmişdi. Mütəxəssis münaqişənin olmadığını desə də, Ronaldo komandanın məşqini tərk edib.
Jezus həmçinin hücumçunun UEFA Millətlər Liqasında Danimarka ilə keçiriləcək matçda iştirak etməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Jezus Ronaldonu sentyabrın 27-də millinin Millətlər Liqasında Norveçlə matçına buraxmayıb. Portuqaliya mediasının yaydığı xəbərə görə, bunun ertəsi günü futbolçu komandanın iclasına və ümumi məşqinə qatılmayıb, fərdi qaydada hazırlıq keçib.
Mətbuatda yaranmış vəziyyətdən sonra Ronaldonun milli komandadakı karyerasını başa vura biləcəyi də iddia olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 01 Oktyabr 2026 08:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















