Ronaldu ən yaxşı oyunçu mükafatını komanda yoldaşına verdi
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Əl-Nəsr”in kapitanı Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı Pro Liqasının 11-ci turunda “Əl-Feysali” ilə keçirilən oyundan sonra diqqətçəkən addım atıb.
İdman.Biz xəbər verir ki, 41 yaşlı futbolçu komandasının 3:1 hesabı ilə qalib gəldiyi görüşün ən yaxşı oyunçusu mükafatını hücumçu Abdulla Əl-Həmdana verib.
Ronaldu qarşılaşmanın 49-cu dəqiqəsində komandasının ikinci qolunu vuraraq qələbədə pay sahibi olub. Əl-Həmdan isə dördüncü dəqiqədə hesabı açıb və bir məhsuldar ötürmə ilə yadda qalıb. “Əl-Nəsr”in digər qolunu 79-cu dəqiqədə Anjelo vurub. Rəqibin yeganə qoluna isə 66-cı dəqiqədə Bonqonda imza atıb.
Turnir cədvəlində “Əl-Nəsr” 25 xalla ikinci pillədə qərarlaşıb. Lider “Əl-Hilal”ın 27 xalı var. “Əl-Feysali” isə yeddi xalla 15-ci yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 24 Oktyabr 2026 00:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















