Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri adi formada bildirdilər
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun millidən ayrılması qərarından sonra yüzminlərlə azarkeş Portuqaliya millisinin sosial şəbəkə hesabıbı izləmədən çıxarıb.
"Bakupost" xəbər verir ki, bu barədə Sports.ru məlumat yayıb.
Ötən gün Ronaldu Millətlər Liqasında Danimarkaya qarşı Kopenhagendə keçiriləcək oyundan əvvəl baş məşqçi Jorji Jezuşla yaranan münaqişəyə görə yığmanın düşərgəsini tərk edib. "Ən-Nəsr"in hücumçusunu diskvalifikasiya və pul cəriməsi gözləyir.
Daha sonra 41 yaşlı futbolçu sosial şəbəkələrdə qarşıdakı oyunlarda Portuqaliya millisində çıxış etməyəcəyini bəyan edib.
Futbolçunun bacısı Elma Aveyru da Portuqaliya milli komandasının rəsmi sosial şəbəkə hesabından abunəçilərin kütləvi şəkildə imtina etməsinə münasibət bildirib.
Elma Aveyru "Instagram" hesabının "stori" bölməsində futbol səhifələrindən birinin paylaşımını repost edib:
"Portuqaliya millisinin hesabını izləməkdən 500 minə yaxın insan imtina edib. Kriştianu Ronaldunun bəyanatından sonra Portuqaliya millisinin "Instagram" hesabında izləyici sayı artıq 25 milyondan aşağı düşüb. Hesab 300 mindən 500 minə qədər abunəçi itirib".
Ronaldunun bacısı bu paylaşıma "Dünyada hər şey bu həddə çatıb, hər şey belə dəyişir" şərhini yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 01 Oktyabr 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















