Ronaldu qərarını verdi Müqavilə imzalanır
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Qızıl top" mükafatının beşqat sahibi, Portuqaliya yığmasının futbolçusu Kriştiano Ronaldunun növbəti mövsümə hansı klubda başlayacağı müəyyənləşib.
Milli.Az xəbər verir ki, 40 yaşlı ulduz Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında qalmağı qətiləşdirib.
Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Hazırda sənədlər yoxlanılır və müqaviləyə hazırlanılır.
Ronaldu iyunun 30-da başa çatacaq razılaşmanın müddətini 1 illiyə uzadacaq.
Müqavilədə ehtiyac olacağı təqdirdə, əməkdaşlığın 2027-ci ilədək uzadılması barədə maddə olacaq.
Bu gün "Əl-Nəsr"in baş məşqçisi Stefano Pioli istefaya göndərilib. Yayılan məlumatlara görə, yeni müqavilədə Ronaldunun kluba cəlb olunacaq futbolçularla bağlı qərar çıxarmaq səlahiyyətinə malik olacağı bildirilir.
Qeyd edək ki, Ronaldu 2023-cü ilin yanvarından "Əl-Nəsr"də forma geyinir. Onun yeni mövsümə Avropada başlayacağı barədə uzun müddət idi söz-söhbətlər gəzirdi.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 26 İyun 2025 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















