Ronaldunu buzimlə klublararası dünya çempionatında oynamağa dəvət etdim
Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Kriştianu Ronaldunu bizimlə klublararası dünya çempionatında oynamağa dəvət etdim. Bu, həqiqətdir".
Fanat.Az xəbər verir ki, bunu "River Pleyt"in baş məşqçisi Marselo Qalyardo deyib.
Argentina klubunun çalışdırıcısının portuqaliyalı superulduz barədə sözlərini jurnalist Veronika Brunati şəxsi "X" hesabı üzərindən belə çatdırıb: "Martın ortalarında ona müraciət etdim. Ortaq dostumuz vasitəsi ilə tezliklə klublararası DÇ-nin başlayacağını xatırladaraq bizdə oynamaq istəyib-istəmədiyini soruşdum. Ronaldu təklif üzərində bir qədər düşündü, amma klubunda qalaraq növbəti mövsümə hazırlaşmaq qərarına gəldi".
Xatırladaq ki, Ronaldunun formasını geyindiyi "Əl-Nəsr" klublararası DÇ-də iştirak etmir.
Nihat
Baxış sayı:121
Bu xəbər 21 İyun 2025 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















