Rosatom rəhbəri Qrossi ilə məsləhətləşmələr apardı
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kalininqradda "Rosatom" rəhbəri Aleksey Lixaçevla Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) rəhbəri Rafael Qrossi arasında məsləhətləşmələr keçirilib.
Redaktor.az xəbər verir ki, məsləhətləşmələrdən sonra "Rosatom" rəhbəri Zaporojye AES-in təhlükəsizliyinin hazırda tam nəzarət altında olduğunu və əlavə planlaşdırılmamış tədbirlər tələb etmədiyini bildirib.
Lixaçov qeyd edib ki, "Rosatom" Rostexnadzordan bu il Zaporojye AES-in birinci və ikinci bloklarının istismarını uzatmaq üçün lisenziyalar almağı planlaşdırır.
Lixaçov vurğulayıb ki, "Rosatom" və AEBA arasında Zaporojye AES üzrə əməkdaşlıq güclənir.
O, ötən gecə Novovoronej AES-ə səkkiz dron hücumu həyata keçirildiyini də vurğulayıb: "Dağıntılar stansiyanın əsas paylayıcı qurğusuna zərər vurub, üç bloku şəbəkədən ayırıb və onların gücünü 50%-dən aşağı salıb. Dünən günorta təmirdən sonra stansiya nominal layihə gücünə qaytarılıb".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 14 Noyabr 2025 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















