Rosaviasiya AZALın təyyarəsinin quş sürüsü ilə toqquşduğunu açıqlayıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Rusiya Federal Hava Nəqliyyatı Agentliyi Rosaviasiya rəsmi məlumat yayıb.
APA-nıb Rusiya bürosu xəbər verir ki, məlumatda bildirilir:
“Bu gün Moskva vaxtı ilə saat 09:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində Qazaxıstanın Aktau hava limanına eniş edərkən Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsi yerə çırpılıb. Təyyarə Bakıdan Qroznıya reys həyata keçirib.
İlkin versiya ondan ibarətdir ki, quş sürüsü ilə toqquşmadan sonra, təyyarənin göyərtəsində fövqəladə vəziyyətə görə, nəqliyyat gəmisinin kapitanı alternativ aerodroma "getmək" qərarına gəlib. Alternativ aerodrom Aktauyu seçilib.
Axtarış-xilasetmə işlərini Qazaxıstan Respublikasının əməliyyat xidmətləri həyata keçirir.
Rosaviasiya AZAL daşıyıcısı, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 25 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















