Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

“Rossotrudniçestvo” rəhbərinin qorxusu: “Təsirimizi itirmək fəlakətli olacaq

“Rossotrudniçestvo” rəhbərinin qorxusu: “Təsirimizi itirmək fəlakətli olacaq

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Rusiyanın beynəlxalq inkişaf agentliyi olan “Rossotrudniçestvo” Kremlin “yumşaq gücü” üçündür. O, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dağılması nəticəsində yaranan boşluqları doldurmaq naminə yaradılıb. Bunun baş verməsi üçün “Rossotrudniçestvo” böyük maliyyələşdirmə və imiclə bağlı maneələri aşmalı olacaq.
Reyting.az
xəbər verir ki, bu barədə “Eurasia.net” yazıb.
Təhlildə qeyd olunur:
Rusiyanın “RBC” nəşrində dərc olunan geniş müsahibəsində agentliyin rəhbəri Yevgeni Primakov, USAID-in dağılmasından istifadə edərək Rusiyanın qlobal təsirini artırmaq üçün qurumun fəaliyyətini yeniləmək və genişləndirmək istədiyini açıqlayıb. Yəni baha başa gələn müharibəyə baxmayaraq, Rusiya “yumşaq güc” təşəbbüslərinə pul xərcləməlidir.
Primakov əlavə edib ki, Rusiyanın milli təhlükəsizliyi üçün yaxın xaricdə və ya Sovet İttifaqının keçmiş tərkib hissəsi olan respublikalarda mədəni və iqtisadi mövqeyi qoruyub saxlamaq vacibdir.
O bildirib: “Biz fəal dünyada yaşayırıq və aktiv olmalıyıq. Xaricdə öz milli maraqları olan və digər dövlətlərlə rəqabət aparan böyük dövlətik, milli maraqlarımızın perimetrini, heç kimin düşmən hərbi bloklarında, bazalarında və s. görünməməsini təmin etməliyik. Bu, xeyriyyəçilik deyil, bu, ölkə üçün faydadır”.
2008-ci ildə yaradılan “Rossotrudniçestvo”, görünür, ikili missiyaya malikdir: mühacirləri “vətənlə” bağlı saxlamaq və humanitar yardım göstərməklə xoşməramlılıq görüntüsü yaratmaq.
O, dünyanın 70 ölkəsində fəaliyyət göstərir, əsas diqqəti keçmiş sovet ölkələri və Avropa İttifaqına yönəldir. Agentliyin işinin ən gözəçarpan tərəfi mədəniyyət mərkəzlərinin və ya “Rus Evləri”nin fəaliyyətidir.
Öz agentliyini USAID tipində formalaşdırmaq istəsə də, Primakov etiraf edib ki, ən yaxşı halda “Rossotrudniçestvo” USAID-in büdcəsinin və qlobal əhatə dairəsinin yalnız bir hissəsinə sahib olacaq.
Agentlik rəhbəri bildirib:"Hətta Finlandiya kimi dövlətin səviyyəsinə çatmaq əhəmiyyətli bir nailiyyət olardı".
Primakov, görünür, agentliyə külli miqdarda büdcə axını axtarır, illik 77 milyon dollardan 1,5 milyard dollara qədər. Rusiya hökumətinin Primakovun ambisiyalarını maliyyələşdirməsi imkanı açıq qalır və hətta böyük büdcə artımı təsdiqlənsə belə, “Rossotrudniçestvo”nun pulu səmərəli xərcləyə biləcəyi qeyri-müəyyəndir.
Primakov etiraf edib ki, agentliyin cari büdcəsinin yalnız 25 faizi faktiki layihələrə xərclənir; qalanı isə inzibati xərclərə gedir. ABŞ-nın qeyri-kommersiya təşkilatları üçün bu nisbət əksinədir: səmərəli əməliyyatlara malik hesab edilənlərin inzibati xərcləri ümumi əməliyyat xərclərinin 25 faizindən aşağı olur.
Üstəlik, imic problemi var.
“Rossotrudniçestvo” geniş kəşfiyyat məlumatı toplama və fitnə-fəsad yuvası kimi ad qazanıb. Məsələn, 2024-cü ilin sonunda “Varşava İnstitutu” Çexiyanın paytaxtı Praqada “Rus Evi” əməliyyatlarına dair təhlil dərc edib və “Rossotrudniçestvo”nu casusluq şəbəkəsitək səciyyələndirib.
"Onun əsas vəzifələri rus dilini və mədəniyyətini təbliğ etmək, xaricdə yaşayan ruslara dəstək olmaq və ya tərəfdaş ölkələrin elmi qurumları ilə əməkdaşlıq etməkdir, - həmin təhlildə deyilir. - Lakin qurumun nümayəndələri təbliğat və hətta kəşfiyyat fəaliyyətində ittiham olunurlar. Oxşar şübhələri Çexiyanın xüsusi xidmət orqanları da təsdiqləyir, buna görə də bəzi yerli ekspertlər hökumətə Praqadakı “Rus Evi”ni bağlamağı tövsiyə edir".
Hazırda Kremllə münasibətləri getdikcə daha da kəskinləşən Azərbaycan 2025-ci ilin əvvəlində Bakıdakı “Rus Evi”ni bağlayıb. Qırğızıstan rəsmiləri isə hələ aprel ayında ölkənin cənubunda yerləşən Oş şəhərində “Rus Evi”nin əməkdaşını Rusiya ordusunda muzdlu əsgər kimi xidmət etmək üçün Qırğızıstan vətəndaşlarını qanunsuz cəlb etməyə görə saxlayıb.
“Rossotrudniçestvo”nun imic problemini etiraf etsə də, Primakov bunu “yadların” problemi kimi qələmə verib. O, Azərbaycan mətbuatında “Rus Evi” əməkdaşlarının kəşfiyyat məlumatları toplaması ilə bağlı yayılan xəbərləri “səfeh ittihamlar” adlandırıb.
Primakov, həmçinin, Rusiyanın hərəkətlərinin digər keçmiş sovet respublikaları, o cümlədən Azərbaycan, Ermənistan və Moldova arasında nifaqa əsas səbəbi olduğu fikrini mənasız hesab edib. O, ilk növbədə, nifaq səpməkdə Qərbin təşviqat kodu olan “əzəmətli qüvvələri” suçlayıb. “Bundan əlavə, çox vaxt Oksford və Kembricdə təhsil almış yerli elita işini “biz anti-Rusiyayıq”,- prinsipi ilə öz suverenliyini bərqərar etməyə yönəlib”, - deyir.
Primakov etiraf edib ki, agentliyin gündəliyi Rusiyanın xarici siyasətinin prioritetlərinə uyğundur. Dövlətin maliyyələşdirdiyi qurumun müstəqil fəaliyyət göstərə bilməsi konsepsiyası ona tamamilə yad görünür. Baxmayaraq ki, onun təqlid etmək istədiyi qurum - USAID müstəqil mandata malikdir, hökumət tərəfindən maliyyələşdirilir, lakin Dövlət Departamentindən sifarişlər qəbul etmir.
Onun səmimiyyəti “Rossotrudniçestvo” qarşısında duran ən böyük maneəni vurğulayır ki, bunu Azərbaycanda və keçmiş Sovet İttifaqının başqa yerlərində müşahidə edirlər: Rusiyaya heyranlıqdan daha çox ondan uzaqlaşdıran imperiya təfəkkürü.
Primakov da Azərbaycanda yaşayan etnik rusların Kremlin siyasətinə kifayət qədər sadiq olmamasından şikayətlənib:
“Azərbaycandakı rus icması bir neçə bəyanatla çıxış edib, lakin Rusiyanı deyil, öz dövləti olan Azərbaycanı dəstəkləyib. Biz istərdik ki, həmvətənlərimiz Vətənə daha çox rəğbət bəsləsinlər. Hesab edirəm ki, Rusiya layiqdir ki, soydaşlarımız öz dövlətlərinə açıq-aşkar sədaqətlərini qoruyub saxlasa da, Rusiyaya yaxşı münasibət bəsləsinlər".
Qarşıdakı illərdə “Rossotrudniçestvo” büdcəsinin həcmindən asılı olmayaraq, Müstəqil Dövlətlər Birliyi daxilində Rusiyanın nüfuzunu saxlamaq agentliyin əsas prioriteti olacaq.
Primakov deyib ki, MDB prioritetimiz olub, var və olacaq. "Mən həmişə demişəm ki, əgər birdən-birə, məsələn, Lüksemburqda nüfuzumuzu itirməyə başlasaq, bunu birtəhər idarə edəcəyik. Qonşu ölkələrdə təsirimizi itirməyə başlasaq, təəssüf ki, bu, fəlakətli olacaq".
Y. QACAR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://reyting.az
archiveBu xəbər 15 İyul 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see248

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see237

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri