Icma.az
close
up
RU
Rövnəq getdi, Rövşən gəldi, amma... “Millimizi xilas etməyin yolu budur”

Rövnəq getdi, Rövşən gəldi, amma... “Millimizi xilas etməyin yolu budur”

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan milli futbol komandası illərdir dəyişən baş məşqçilərə, müxtəlif strategiyalara və yenilənən heyətə baxmayaraq, nəticə baxımından ciddi irəliləyiş əldə edə bilmir. Bir çox idman ekspertləri və futbol ictimaiyyəti hesab edir ki, bu uğursuzluğun əsas səbəbi təkcə məşqçilər deyil, həm də futbol təsərrüfatını idarə edən sistemin köhnəlməsidir.

Uzun illərdir davam edən müzakirələrə baxmayaraq, AFFA rəhbərliyinə peşəkar futbolçuların gətirilməsi ideyası hələ də reallaşmayıb. Tənqidçilər düşünürlər ki, assosiasiyanın rəhbərliyinə idmandan çıxmış peşəkarların gətirilməsi vəziyyəti əsaslı şəkildə dəyişə bilər. Bu məsələ artıq 20 ildən çoxdur gündəmdədir.

AFFA-nın ilk prezidenti Fuad Musayev həm voleybolçu, həm də futbolçu kimi idman karyerasına malik idi. Lakin ondan sonra qurumun idarəçiliyi dəyişərək, uzun illər SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin rəhbərliyi altında fəaliyyət göstərdi. Hazırda isə AFFA-nın başında Rövşən Nəcəf dayanır.

Rəhbərlik futbolu dərindən anlayan peşəkarların əlində olsa, milli komanda uğura çata bilərmi? Yoxsa problem daha dərin və sistematikdir? Struktural islahatlar olmadan futbolumuzun inkişafı mümkündürmü?

Globalinfo.az-a danışan idman jurnalisti Kənan Məstəliyev bildirib ki, AFFA və ümumiyyətlə futbolun rəhbərliyində mütləq futbolçu keçmişi olan birinin olması vacib deyil.

Onun fikrincə, bu işdə futbol adamlarının olması vacibdir, lakin postu tutacaq namizədlər çox deyil:

“Düşünürəm ki, hazırda belə post üçün yalnız 1-2 real namizəd var. Məsələn, “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov ağla gələn ilk şəxsdir. Lakin tək onun bu işin öhdəsindən gəlməsi mümkün deyil, çünki problem daha dərin və sistematikdir. Futbolçu olmaq eyni zamanda yaxşı idarəçi olmaq anlamına gəlmir. AFFA rəhbərinin qısa müddətdə futbola rəhbərlik etməsinə baxmayaraq, müəyyən vacib qərarlar qəbul etdiyini qeyd etmək lazımdır. Onun dövründə Azərbaycanda futbol klublarının sayı artıb, onlara maliyyə yardımı göstərilib, müxtəlif limit məsələləri həll olunub, regionlarda klub sayının artırılması və Premyer Liqadakı klubların sayının 12-yə qaldırılması kimi bir sıra təqdirəlayiq addımlar atılıb. Onun fəaliyyətini qısa müddətdə qiymətləndirmək tələskənlik olardı və ona müəyyən vaxt verilməlidir ki, ideyalarını reallaşdıra bilsin”.

Həmçinin oxuyun:

Tarixi seçimə saatlar qaldı: “Qarabağ”a görə sürpriz yaşana bilər

Kənan Məstəliyev

Jurnalist deyib ki, əsas problem milli komandadadır:

“Bu, yarım ildə, ya da bir ildə həll ediləsi məsələ deyil. Xüsusilə də Rövşən Nəcəfə qədər Azərbaycan futbolunun təməli o qədər zəif vəziyyətdə qoyulub ki, düzəldilməsi illər tələb edir. İnfrastruktur tamamilə dağıdılıb, uşaq futbolunun təməl sistemi sıradan çıxıb. Bunları bərpa etmək üçün böyük işlər görülməlidir. AFFA 2025-ci ilin yanvarında strateji inkişaf planını təsdiqləyib və ictimaiyyətə təqdim edib. Bu plan regionlarda futbolun inkişafını, uşaq futbolunu, infrastrukturun təkmilləşdirilməsini, kadrların hazırlanmasını əhatə edir. Əgər bu planın yalnız 30-40 faizi həyata keçərsə, Azərbaycan futbolu parlaq gələcəyə doğru irəliləyəcək. Azərbaycan futbolunun problemi yalnız futbol adamlarının idarəçiliyi məsələsi deyil. Struktur islahatlar artıq həyata keçirilib və bu, hər məğlubiyyətdən sonra təkrarlanan addım olmamalıdır. Hər hansı bir layihə müəyyən müddət tələb edir ki, onun uğurlu olub-olmadığına qərar verilsin”.

K.Məstəliyev onu da əlavə edib ki, futbol adamlarının idarəetmədə olması önəmlidir, lakin məsələ bununla da bitmir:

“Futbolun infrastruktur problemi həll edilməlidir, uşaq futbolu bərpa olunmalıdır. Hazırda ölkədə futbol üçün normal meydançalar çox azdır və mövcud olanlar da baxımsızdır. Stadionlar olmadıqda, oyunçular necə və harada inkişaf edəcək? Gələcəyimiz olan uşaqlar normal şəraitdən məhrumdurlar və uşaq futbolundakı problemlər həll edilməlidir ki, 5-10 ildən sonra uğurdan danışmaq mümkün olsun. Azərbaycan futbolunun problemi sadəcə futbol adamları ilə bağlı deyil, daha dərindən gələn struktur və təməl problemlərdir”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see242

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see187

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see185

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see178

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see148

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri