Rövşanə ilə müğənni arasında canlı efirdə DAVA DÜŞDÜ VİDEO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Teleaparıcı Rövşanə Ağasəfqızı ilə müğənni Mehriban Qəmbərova arasında canlı yayım zamanı yaşanan mübahisə sosial şəbəkələrdə geniş rezonans doğurub.
Milli.Az xəbər verir ki, proqram zamanı aparıcının sənətçinin keçmişinə toxunaraq plastik əməliyyatlar və bədənşəkilləndirmə etdirdiyini vurğulaması studiyada gərginliyə səbəb olub. Bu sözlərə Mehriban Qəmbərova sərt reaksiya verib.
İfaçı bildirib ki, onun bədəni və şəxsi seçimi ictimai müzakirə mövzusu olmamalıdır. "Bədənimin kimlər üçün maraqlı olması məsələsi düzgün yanaşma deyil. Bu, ən yaxşı halda yaxınlarımı, həyat yoldaşımı və ya sevgilimi maraqlandıra bilər", - deyə müğənni cavab verib.
Studiyada qarşılıqlı söz atışması yaşanıb və veriliş bir müddət gərgin atmosferdə davam edib. Sosial media istifadəçiləri məsələyə fərqli mövqedən yanaşıblar. Bəziləri aparıcının suallarını peşəkar jurnalist marağı kimi qiymətləndirsə də, digərləri şəxsi həyat və bədənlə bağlı mövzuların efirdə qabardılmasını etik hesab etməyiblər.
Hadisə qısa zamanda gündəmə çevrilərək geniş müzakirələrə yol açıb.
Musa
Milli.Az
Baxış sayı:88
Bu xəbər 20 Fevral 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















