Icma.az
close
up
RU
Rövşən Abdullaoğlu: Ana dilimizin ahəngdarlığını və fonetik normalarını qorumaq vacibdir

Rövşən Abdullaoğlu: Ana dilimizin ahəngdarlığını və fonetik normalarını qorumaq vacibdir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 14 noyabr, Günel Alıyeva, AZƏRTAC

Azərbaycan dilinin saflığını qorumaq çox vacibdir, çünki o, təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin və şüurumuzun əsas dayağıdır.

Bu barədə AZƏRTAC-ın müxbirinə müsahibəsində yazıçı Rövşən Abdullaoğlu bildirib.

Onun sözlərinə görə, istənilən xalqın dili onun tarixi yaddaşını, düşüncə tərzini, mədəniyyətini, folklorunu və xarakterini əks etdirir.

“Dilini itirən xalq özünüdərki, daxili aləmini hiss etməsini, mədəni baxışlarını və nəticədə milli mahiyyətini itirir. Dilin yox olması kimliyin, tarixin və köklərin itirilməsi deməkdir”, - deyə yazıçı vurğulayıb.

Müasir texnologiyanın və sosial şəbəkələrin yad leksikonunun nitqimizə təsirini artırdığını qeyd edən R. Abdullaoğlu əlavə edib ki, başqa dillərdən gələn sözlər danışıq praktikamıza asanlıqla daxil olur və kök salır, sonra isə ədəbiyyata sirayət edir. O, bununla bağlı həmin prosesi diqqətdən kənarda qoymamağın və ana dilinin ahəngdarlığını və fonetik normalarını qorumağın vacibliyini vurğulayıb.

Nasir daha sonra qeyd edib: “Rəssam üçün boyalar və fırçalar kimi, dil də yazıçının yaradıcı bir vasitəsidir. Məhz buna görə də yazıçılar təbii dil üslubuna əmələ etməyə çalışır və yerli leksikaya güvənirlər. Lakin müasir nitq mühiti müəllifləri gündəlik nitqdə artıq möhkəm kök salmış ifadələrdən, o cümlədən jarqon və alınma sözlərdən istifadə etməyə məcbur edir. Biz iki vəzifə arasında qalmışıq: dilin saflığını qorumaq və eyni zamanda ideyanı oxucu üçün başadüşülən şəkildə çatdırmaq. Bu, müasir yazıçılar üçün ən böyük çətinliklərdən biridir. Balans yaratmağa çalışan müəllif mətnin köhnəlmiş üslubda qəbul edilməməsi üçün həm alınma sözlərin həddindən artıq istifadəsindən, həm də həddindən artıq arxaik leksikondan çəkinir. Əgər yeni bir ideyanın Azərbaycan dilində dəqiq ekvivalenti yoxdursa, yazıçılar dilin ruhuna uyğun yeni bir söz və ya ifadə yaratmağa üstünlük verirlər”.

Yazıçı xarici ədəbiyyatın təsirini də çətinliklərdən biri hesab edir. “İngilis, türk və ya rus üslublarına öyrəşmiş oxucular bəzən Azərbaycan mətnlərini çətin və ya tanış olmayan kimi qəbul edirlər. Zehin başqa bir dilin strukturuna uyğunlaşanda, yerli ədəbiyyat mürəkkəb görünə bilər”, - deyə o izah edib.

Yazıçının fikrincə, ayrı bir problem sosial medianın təsiridir. “TikTok”, “Instagram” və digər platformalar Azərbaycan ədəbi dilinin təbii strukturuna uyğun olmayan hibrid, sadələşdirilmiş bir üslub yaradır. Getdikcə daha çox insan bu çərçivədə düşünməyə başlayır və bu, ənənəvi ədəbiyyatla yeni nəsil oxucular arasındakı uçurumu genişləndirir. Bu gün yazıçılar klassik ədəbi normalarla müasir cəmiyyətin danışdığı dil arasında körpü qurmağa məcburdurlar. Sosial media dövründə formalaşan oxucu kütləsi ilə əlaqəni qoruyarkən, ana dilinin ruhuna sadiq qalmaq vacibdir”, - deyə R. Abdullaoğlu sözlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see240

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see210

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see177

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see150

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see146

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see146

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see137

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see137

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see136

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see135

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see133

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see133

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see128

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri