Icma.az
close
up
RU
Rövşən Abdullaoğlu: Bakı Beynəlxalq Kitab Sərgisi mədəni və intellektual mübadilə məkanıdır

Rövşən Abdullaoğlu: Bakı Beynəlxalq Kitab Sərgisi mədəni və intellektual mübadilə məkanıdır

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 7 oktyabr, Günel Alıyeva, AZƏRTAC

Bakı Beynəlxalq Kitab Sərginin peşəkarlıq səviyyəsi hər il durmadan artır və bu, şübhəsiz ki, xüsusi diqqətə layiqdir.

Burada söhbət təkcə yazıçıların, nəşriyyatların özlərindən deyil, həm də aidiyyəti qurumlar - Mədəniyyət Nazirliyinin idarələri, xüsusən də onun Kitab sənayesi şöbəsinin gördüyü işlərdən gedir. Onların təcrübəsi və təşkilatçılıq bacarıqları ildən-ilə təkmilləşir: xarici qonaqların cəlb edilməsindən tutmuş sərgi stendlərinin dizaynına qədər hər şey daha düşünülmüş, müasir və ruhlandırıcı olur.

Bu barədə XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə yazıçı Rövşən Abdullaoğlu bildirib.

Yazıçı vurğulayıb: “Kitab sərgisinin əsas funksiyası sadəcə ədəbiyyatı təqdim etmək deyil, müəlliflərimizi beynəlxalq arenaya çıxarmaq, eyni zamanda, yerli oxucuları dünya ədəbiyyatı ilə tanış etməkdir. Bu, bir növ mədəni və intellektual mübadilədir. Görürəm ki, sərgi ildən-ilə bu məqsədə daha uğurla nail olur”.

Rövşən Abdullaoğlunun sözlərinə görə, bu il regionlardan sərgiyə maraq əhəmiyyətli dərəcədə artıb.

“Dörd-beş il əvvəl sərgidə əsasən Bakı sakinləri iştirak edirdisə, indi həmin sərhədlərin artıq yox olduğunu söyləmək olar. Ölkənin hər yerindən, hətta xaricdən də insanlar gəlir. Bu onu göstərir ki, sərgilərimiz beynəlxalq miqyas alır, mədəni yaxınlaşmaya, təcrübə mübadiləsinə, peşəkar əlaqələrin qurulmasına şərait yaradır”, -deyə o əlavə edib.

Yazıçı beynəlxalq kitab sərgilərinin milli mədəniyyətin və ədəbiyyatın təbliğində əsas rol oynadığını vurğulayıb: “Belə tədbirlər mütəmadi olaraq keçirilməlidir. Üstəlik, hesab edirəm ki, hər il keçirilən uşaq kitab yarmarkaları da beynəlmiləlləşdirilə bilər. Axı belə forumlar nə qədər çox keçirilərsə, Azərbaycan ədəbiyyatı da dünya ədəbi prosesinə bir o qədər fəal inteqrasiya edər”.

Kitabın insan həyatında əhəmiyyətindən danışan həmsöhbətimiz qeyd edib ki, konkret bir əsər taleyi dəyişdirməyə qadirdir: “Biz hər gün oxuculardan etiraf məktubları alırıq ki, kitablar onlara çətinliklərin öhdəsindən gəlməyə, qəlb rahatlığı tapmağa və hətta həyata yeni baxışlar qazanmağa kömək edir. Bədii ədəbiyyat insanları daxili dəyişikliklərə doğru istiqamətləndirən bələdçi ola və beləliklə, bütövlükdə cəmiyyəti tədricən dəyişdirə bilər. Əsas olan odur ki, bu dəyişikliklər bizi daha çox yaxşılığa doğru aparsın”.

Söhbətin sonunda yazıçı vurğulayıb ki, kitab sərgiləri sözü və mədəniyyəti sevən insanları birləşdirən əsl ədəbiyyat bayramına çevrilməlidir.

“Əminəm ki, hər bir böyük şəhər sərgisi beynəlxalq formata malik olmalıdır. Məhz belə tədbirlər ilham, birlik, sevinc mühiti - ədəbiyyata can verən ab-havanın özünü yaradır”, - deyə R.Abdullaoğlu sözlərini yekunlaşdırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri