Icma.az
close
up
RU
Rövşən Abdullaoğlu: Mənə deyirdilər ki, Azərbaycan xalqı yerli yazıçının əsərini oxumayacaq

Rövşən Abdullaoğlu: Mənə deyirdilər ki, Azərbaycan xalqı yerli yazıçının əsərini oxumayacaq

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Mənə deyirdilər ki, "Azərbaycan xalqı yerli yazıçının əsərini oxumayacaq, uğursuz olacaqsan".

Oxu.Az xəbər verir ki bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə "Kaspi" qəzetinin birgə reallaşdırdığı "Məktəbdə" layihəsinin qonağı olan "Bu şəhərdə kimsə yoxdur" kitabı ilə məşhurlaşan yazıçı-publisist Rövşən Abdullaoğlu deyib.

O, görüşdə məktəb illərindən, müəllimlərinin həyatında oynadığı roldan, yeniyetmə və gənclərin daha çox maariflənməyə ehtiyacı olduğu sahələrdən söz açıb.

Bütün dünyanı hədəflədiyimə görə...

"Mən yazıçı-publisist, eyni zamanda psixoloq-təlimçiyəm. Ölkəmizdə, regionda, həmçinin Avropada, Amerikada təlimlərim olub", - deyə Rövşən Abdullaoğlu özü haqqında məlumat verib: "Fəaliyyətimə yazıçı kimi başlamışam. Müxtəlif janrlarda - publisistik, bədii əsərlər yazıram. İlk bədii əsərim 2016-cı ildə çap olunan "Bu şəhərdə kimsə yoxdur" kitabıdır. 30-a yaxın kitabım çap olunub. Əsərlərim müxtəlif dillərə tərcümə olunub və xarici ölkələrdə təqdimatı keçirilib. Əsərlərim əsasında filmlər çəkilib. Eyni zamanda, bəzi kitablarımı ekranlaşdırmaq təklifləri var. Çalışıram ki, filmlərin ssenaristi də özüm olum. Onlarla danışanda ilk şərtim bu olur ki, mənim yazdığımı özüm kimi heç kim hiss edə bilməz. Bütün bunlar Azərbaycanın və ədəbiyyatının tanıdılması üçündür. Bu, bizdən sonra gələnlər üçün bir cığır olsun". Qonaq ədəbiyyata gəldiyi ilk vaxtlardan söhbət açəb: "2010-cu ildə kitab sahəsinə gələndə ədəbiyyat aləmində özgüvənsizlik vardı.

Mənə deyirdilər ki, "Azərbaycan xalqı yerli yazıçının əsərini oxumayacaq, uğursuz olacaqsan". Onda hələ xarici ədəbiyyata böyük bir maraq vardı. Mən bu sahədə bir özgüvən yaratmaq haqqında fikirləşdim. "Bu sahədə uğursuz olsam, digər sahələrdə də uğursuz olacağam", - deyə düşündüm. Çünki yaxşı müəllimin, peşəkar işçinin işi kitabdan keçir. Yaxşı oxucu peşəkar olur. Bədii ədəbiyyat, xüsusən psixoloji kitablar adama təsəvvür edə bilmədiyiniz uğurlar gətirə bilər. İlk kitabımı yazanda heç vaxt düşünmədim ki, bunu məhəllə uşağı və ya anam üçün yazıram. Düşündüm, elə bir kitab yazıram ki, bunu bütün dünya oxuyacaq. Bütün dünyanı hədəflədiyimə görə xaricə çıxa bildim. Mən səyahət etməyi də xoşlayıram. Fərqli yerlərə səyahəti sevirəm. Afrikada, Antarktidada, Latın Amerikasında olmuşam. Bu səyahətlər kitablarıma təsir edir".

İnsanın özünə güvənməsi...

Şagirdlərdən biri "Məktəbdə qonaq olarkən "kaş ki məktəbli olaydım!" fikirləri ürəyinizdən keçdimi?" - deyə qonağa sual ünvanladı. "Düzünü desəm, yox! Çünki "kaş"larla yaşayanda keçmişdən qopmaq olmur", - deyə yazıçı cavab verib: "Keçmişlə yaşayan insan deyiləm. Mən keçmişə yalnız səhvlərimdən nəticə çıxarmaq üçün baxıram. Mən "Arxadakı körpüləri yandırın" kitabını yazan insanam. Nə qədər keçmişdən asılı qalırıqsa, bir o qədər həyatımız uğursuz olur. Mən irəli baxmağı xoşlayıram".

"Sizcə, gənclər ən çox hansı sahədə problemlə üzləşirlər", - deyə səslənən növbəti suala R.Abdullaoğlu maraqlı cavab verib. Onun fikrincə, gənclərin əsas problemləri psixologiya sahəsindədir: "Bizim gənclərin ən böyük problemi təhsillə, pedaqoji heyətin yetərsizliyi ilə də bağlı deyil. Ən böyük problemimiz daxili baryerlərimizdir. Gənclərin kütlə qarşısına çıxacaq potensialı olsa da, bunu edə bilmirlər. Çox istedadlı uşaqlar görürəm, amma onlarda öz fikirlərini ifadə edə bilmək qorxusu var. Siz öz potensialınızı qorxularınıza görə bloklayırsınız. Məncə, həyatda ən uğursuz insan psixoloji problemləri ilə bacara bilməyənlərdir. Bacarığı, istedadı var, amma özündəki baryeri aşa bilmir. Müstəqil düşünmək cürət istəyir. Bizdə o cürət çatışmır. Mən başqa müəssisələrdə də oluram. Biz xaricilər qarşısında özümüzü bloklayırıq. "Oradan gələn daha yaxşı kadr olacaq. Filan layihəni o bizdən daha yaxşı edər", - deyə düşünürük.

Amma özümüzdə daha yaxşı, daha potensiallı adamlar var. Özümüzə qarşı kəskin tənqidçiyik. Özümüzü bəyənməməyimiz daxili kompleksimizdən xəbər verir. İnsanın özünə güvənməsi, "biz bacaracağıq" deməsi bütün sahələrdə uğur qazanmağa və inkişafa yol açır".

İki müharibə bir romanda

"Qarabağ zəfəri haqqında kitab yazmağı düşünürsünüz?" - deyə auditoriyadan sual səslənib. Qonaq artıq bu haqda roman yazdığını bildirib: "Atam Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Hərbçi ailəsində böyümüşəm. Əmim də Birinci Qarabağ müharibəsinin qazisidir. Hər gün "atamın şəhidlik xəbəri gələcək" qorxusunu yaşamışam. Ona görə bu mövzuda yazmaya bilməzdim. "Koramal" romanımda birinci və ikinci Qarabağ müharibəsinin iştirakçılarını bir kitabda birləşdirdim".

Müasir cəmiyyətin stress faktoru və sosial şəbəkələr

"Sosial şəbəkələrin uşaqların həyatında rolunu necə dəyərləndirirsiniz?" sualına R.Abdullaoğlu belə cavab verib: "Sosial platformaların həm mənfi, həm də müsbət tərəfləri var. Müasir cəmiyyətin stress faktoru və depressiyasının ən böyük səbəbi sosial şəbəkələrdir. Sosial şəbəkələrə gündə 1-2 saat baxandan sonra öz həyatında qəmgin olursan.

Düşünürsən ki, səndən başqa hamı xoşbəxtdir. Çünki sosial şəbəkədə insanlar yalnız həyatlarının gözəl məqamlarını paylaşırlar. Sən hiss edirsən ki, bu rəqabətə tab gətirəcək parametrlərin yoxdur və sənin üçün gözəllik kriteriyası dəyişir. Sosial araşdırmalara görə, boşanmaların, depressiyanın, intiharlarların səbəblərindən biri də sosial şəbəkələrdir. Ona görə sosial şəbəkələrdən istifadəni bir az məhdudlaşdırmaq lazımdır".

Bir kitab nə edə bilər?

"Bir kitab insanın həyatında hansı rolu oynaya bilər?" sualını cavablandıran yazıçı mütaliənin üstünlüklərindən danışıb: "Bir kitab bəzən təkcə bir xalqın həyatını yox, dünyanı dəyişdirə bilər. Sizə düzgün kitablar oxumağı tövsiyə edirəm. Yalnız dərs kitabları ilə kifayətlənməyin, bədii ədəbiyyat da oxuyun. Mənim həyatımı dəyişən kitablar sizin də həyatınızı dəyişə bilər. Həyatımda hansı uğurlar varsa, kitablara borcluyam. Siz həyatın başlanğıcındasınız. Əgər hədəfiniz olsa, məhəllənizdə, şəhərinizdə, ölkənizdə, xaricdə və ya dünyada uğur qazana biləcəksiniz. Həyatımda qoyduğum hədəf dönüş nöqtəsi olub. Ondan sonra növbəti addımları təbii olaraq atmağa başlayırsan. Hədəf qeyri-adi olanda o, insanı yaşadır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 22 Dekabr 2024 14:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see136

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see127

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see127

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see115

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see115

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri