Icma.az
close
up
RU
Rövşən ilim ilim itib... qolkiper hardadı?

Rövşən ilim ilim itib... qolkiper hardadı?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Bilindiyi kimi, futzal yığmamızın qapıçısı Rövşən Hüseynli baş məşqçi Vitali Borisovun qərarıyla heyətdən kənarlaşdırılıb. Azərbaycan Futzal Federasiyasının yaydığı məlumata görə, buna oyunçunun intizamsız davranışı səbəb olub.

Görəsən, o, millimizin bu gün Avropa çempionatının əsas mərhələsi çərçivəsində Xorvatiyanı qəbul edəcəyi matçda iştirak edə bilərmi? Yoxsa, cəzası hər iki oyunu əhatə edir?
“Football-plus.az” xəbər verir ki, Rövşən yığmanın dünən keçirilən məşqində iştirak etməyib. Futzalçının bugünkü matçda iştirakı da gözlənilmir. Bəs, oyunçu hardadı? Qazaxıstan qayıdıb, ya millinin son matçından sonra dönəcək? Bu suallarla federasiyanın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova müraciət etdik. O, saytımıza açıqlamasında bu haqda məlumatının olmadığını dedi. Bu arada Rövşən özü də suallarımızı cavablamaqdan yayınır.
Xatırladaq ki, Futzal Federasiyanın İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqov Xorvatiyayla matçdan sonra Vitali Borisov və Rövşən Hüseynlinin iştirakıyla iclasın keçiriləcəyini, məsələ haqda ətraflı araşdırma aparıldıqdan sonra günahkar tərəfin cəzalandırılacağını bildirib.
Onu da bildirək ki, Rövşən intizamsız olduğu haqda iddialarla barışmır və günahsız olduğunu deyərək özünü müdafiə edir.
KƏNAN BAHADIR

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:154
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 Aprel 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see272

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see251

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see240

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see237

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see212

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see203

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see193

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see192

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see186

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see182

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see177

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see173

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see170

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see168

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see162

Millətlər Liqasında növbəti oyunlar: Polşadan darmadağın, Fransa və İtaliya heç heçə etdi

03 Oktyabr 2026 01:09see159

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see156

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see156

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see155

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri