Icma.az
close
up
RU
Rövşən Nəcəf, Aysu İbrahimli, antiislahat, xaos…

Rövşən Nəcəf, Aysu İbrahimli, antiislahat, xaos…

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Tülkü həccə gedir” tərzində illərlə AFFA-nı şəxsi ambisiyalar naminə poliqona çevirən Rövnəq Abdullayev dönəminin Elxan Məmmədov səhifəsi cırılandan sonra aprelin 2-də “kral öldü”…

Yaşasın yeni kral?

Belə kral olar?! Rövşən Nəcəf “mən kral deyiləm” desə də, Osmanlı dövrünün ən uğursuz, xudpəsənd sultanı III Mustafaya bənzəyir.

Mus-mus deyib duran bütün futbol əhli Rövşən yoldaşın təkəbbürü qarşısında naəlac qalıb.

Artıq yarım il keçib, lakin futbolumuzun inkişafı üçün real heç bir platforma görmürük.

Əlindən gələni edib, Marketinq Departamentinə rəhbər gətirdiyi Aysu İbrahimlidən başqa heç bir təyinat-məyinat yoxdur.

İnsafən, Rövşən yoldaş “Neftçi”nin vayına oturmasından sonra klubdan AFFA-ya gətirdiyi Aysu xanımın futbola heç bir aidiyyatı olmamasından narahat da deyil. Bu sahəni bilməməyi sayəsində “Neftçi”ni rəzil günə qoyub. Sanki qeybül-aləmdən gələn səda əsasında AFFA-nın başına oturduldu. İslahatının gözü-qaşı olan Aysu xanım da onun etimadını doğruldur…

Əvvəlcə “bu iş bizə aid deyil” deməklərlə yola verirdi. Sonra bu reaksiyadan bəraət kimi istifadə etmək limiti bitdiyindənmi-vəlvələdənmi, tamamilə yoxa çıxdı.

AFFA-nın İcraiyyə Komitəsinin iclaslarında iştirak edən futboldan uzaq xanım “rövşən nəcəfvari” ixtiralar üçün inzivaya çəkilmişdir. Gözləyək, filfilo olacaq…

Çevrilək AFFA-ya tərəf. Görək sehirli qutudan çıxarıb gətirdikləri Santuşun 4 oyuna 4 məğlubiyyətindən sonra “2028-dək vaxtımız var” deməyinin abırsızlığı necə olacaq. Axı Rövşən yoldaş Azərbaycan futbolunun inkişaf strategiyasını belçikalılara yazdırırdı, Santuş niyə onların əvəzinə vəd verir?

Çox absurd, axmaq, xaotik bir durum əmələ gəlib. AFFA-nın yeni rəhbərliyi heç ümumiyyətlə bilmir nəyə, hardan və necə başlasın. Uşaq futbolunun bərbad durumu üçün heç nə edilmir, bütün yaş qrupları üzrə millilərimiz heç vaxt olmadığı qədər uğursuz nəticələrə uğramaqdadır, infrastrukturun qurulması adına addım görülmür və s. və s.

Çıxış yollarını göstərənlər vecə alınmır, ümumiyyətlə, AFFA-da soyuq intriqa ocaqları yaranıb. Rövşən Nəcəfin işi bilməməyi boynuna almayıb, təkəbbür göstərməsi, öz bildiyini etməsi, digər səlahiyyətliləri saymaması haqda məlumatlar isə günü-gündən artır.

Bu xaotik ətalət haçanadək gedəcək…

Kamil Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 Noyabr 2024 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see282

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see238

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see220

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see217

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see216

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see214

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see213

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see211

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see209

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see208

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see206

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see205

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see205

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see202

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see201

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see197

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see197

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see192

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşüb FOTOLAR

26 Sentyabr 2026 16:45see181

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri