Icma.az
close
up
RU
RSXM in şöbə müdiri: Vulkanların daha çox yayıldığı ərazilərdə 22 stansiya quraşdırılıb

RSXM in şöbə müdiri: Vulkanların daha çox yayıldığı ərazilərdə 22 stansiya quraşdırılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 iyun, AZƏRTAC

Azərbaycan ərazisi palçıq vulkanlarının ən çox olduğu region kimi təsdiqlənib. Yer kürəsində qeydə alınan 2 mindən artıq palçıq vulkanından 350-dən çoxu ölkəmizdə yerləşir. Hazırda mövcud olan palçıq vulkanları milyon il əvvəl başlayan çoxsaylı püskürmələrin nəticəsidir. Respublikamızda palçıq vulkanlarının ən çox yayıldığı ərazi Abşeron yarımadası, Şamaxı-Qobustan ərazisi, Aşağı Küryanı çökəkliyi, Bakı arxipelaqı və Gürcüstanla sərhəd ərazidir. Hər il Azərbaycanda 2-dən 5-dək, bəzən daha çox püskürmə paroksizm baş verir. Şamaxı-Qobustan ərazisində bu paroksizmə daha çox rast gəlinir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) şöbə müdiri Səbinə Kazımova AMEA-nın yaradılmasının 80 illiyinə həsr olunan "Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya" mövzusunda konfransda "Yeni quraşdırılmış seysmik şəbəkə əsasında palçıq vulkanlarının monitorinqi" mövzusunda məruzə ilə çıxış edərkən deyib.

Şöbə müdiri bildirib ki, 2022-ci ildən Respublika Seysmoloji Xidmət Mərkəzi vulkanların daha çox yayıldığı Abşeron yarımadasında, Şamaxı-Qobustan ərazisində 22 vulkanik stansiya şəbəkəsi quraşdırıb. SeisComP proqamı vasitəsilə palçıq vulkanlarının, zəlzələlərin və digər sesysmik hadisələrin real vaxt rejimində monitorinqi mümkün olub. "Palçıq vulkanlarının fəaliyyətinin seysmikliklə əlaqəsi çoxdan müəyyən edilib. Vulkan fəaliyyətinin seysmikliklə genetik əlaqəsi var. Genetik baxımından hər iki təbii hadisə yer qabığında toplanan tektonik gərginliklərin təzahürüdür. Uzun illər aparılan təhlillər göstərir ki, maqnitudası 4-5 olan zəlzələlər vulkanların aktivləşməsinə səbəb olur. Əgər enerji toplanmış vulkanın ocağı zəlzələnin hiposentri ilə bir qırılma zonasında yerləşibsə, yaxud zəlzələ ilə vulkan arasında məsafə 80-100 kilometr radiusundadırsa, onda bu barədə dəqiq fikir söyləmək mümkündür. Zəlzələnin baş verməsi vulkan püskürməsinə təkan verir. Bu, xüsusilə tektonik gərginliklərin artdığı zonalarda - Şamaxı, Qobustan və İsmayıllıda özünü daha qabarıq göstərir", - deyə S.Kazımova qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:166
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 İyun 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri