Ruanda Prezidenti Azərbaycanda səfərdədir
Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ruanda Respublikasının prezidenti Pol Kaqame noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev və digər rəsmi şəxslər qarşılayıblar.
AZƏRTAC

Ruanda Prezidenti Azərbaycanda səfərdədir
12 Noyabr 2024 08:37

