Icma.az
close
up
RU
Ruben Vardanyan tərəfindən yaradılmış silahlı birləşmədə xidmət edən muzdlu sirləri açdı TARİXİ MƏHKƏMƏ

Ruben Vardanyan tərəfindən yaradılmış silahlı birləşmədə xidmət edən muzdlu sirləri açdı TARİXİ MƏHKƏMƏ

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün, sentyabrın 8-də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə Araik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin cinayət işi üzrə araşdırmalar davam etdiriləcək.

Hurriyyet.az xəbər verir ki, məhkəmə 9-cu aydır ki, davam edir. Hazırda prosesdə zərərçəkənlərin, şahidlərin dindirilməsi mərhələsidir. Cinayət işi üzrə 531 mindən çox zərərçəkmiş və onların nümayəndələri var. Azərbaycan dövləti adından zərərçəkmiş qismində isə Nazirlər Kabineti aparatının rəhbəri Rüfət Məmmədov iştirak edir.

Məhkəmə prosesi təqsirləndirilən şəxs Levon Balayanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələrin və ona aid elan olunan digər sənədlərin səsləndirilməsi ilə davam etdirilib. Onun ibtidai istintaqa verdiyi ifadələrə əsasən, 1995-ci ilin yanvarında hərbi xidmətə yollanıb, 1998-ci ilədək Şuşada, Xankəndidə və Xocalıda yerləşən, nömrələrini xatırlamadığı hərbi hissələrdə əsgər kimi xidmət edib. Bu müddətdə ona “AKS-74” avtomat silah təhkim olunub. Xidmət etdiyi hərbi hissələrdə Rusiya Federasiyası istehsalı olan “T-55”, “T-72” tipli ağır döyüş tankları, “BMP-1”, “BMP-2” markalı piyadaların döyüş maşınları yerləşdirilib. Qeyd edib ki, yuxarı komandirlərdən biri olan Levon Mnatsakanyan tez-tez hərbi hissələrə gəlib döyüş hazırlığı vəziyyətini yoxlayıb.

2020-ci il sentyabrın 20-də “Xankəndi şəhəri hərbi komissarlığı tərəfindən məcburi şəkildə “silahlı qüvvələr”in tərkibində “xidmət”ə çağırılıb və 44 günlük müharibənin ilk günlərində, yəni, sentyabrın 27-dən oktyabrın 2-dək Suqovuşan qəsəbəsi ərazisində dislokasiya olunmuş “3-cü müdafiə xətti”ndə silahlı birləşmənin tərkibində döyüşlərdə iştirak edib. Həmin batalyonun adı “Alaşa” olub. Levon Balayan ibtidai istintaqa ifadəsində bildirib ki, 2023-cü il mayın 1-də Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində Ruben Vardanyan tərəfindən yaradılmış və maliyyələşdirilən silahlı birləşmələrdən birinə qoşulub. O vaxtdan “Artsakhbank” adlanan banka aid kart vasitəsilə aylıq 170 min dram, yəni, 700 ABŞ dolları məbləğində əməkhaqqı alıb. Sentyabrın 20-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Daha sonra məhkəmə prosesinə sədrlik edən hakim təqsirləndirilən şəxslərin hamısının – 15 nəfərin ibtidai istintaqa ifadələrinin elan olunmasının başa çatdığını bildirib. O, təqsirləndirilən şəxslərə ibtidai istintaq və məhkəmə istintaqında verdikləri ifadələrində ziddiyyətlərin olub-olmadığı, elan edilən ifadələrlə razılaşıb-razılaşmamaları barədə sualların ünvanlanacağını deyib. Təqsirləndirilən Levon Balayan, Melikset Paşayan, Qurqen Stepanyan kiçik istisnalarla ibtidai istintaqdakı ifadələrini təsdiqlədiklərini deyiblər.

Təqsirləndirilən Madat Babayan və Qarik Martirosyan ibtidai istintaq zamanı verdikləri ifadələri tam təsdiqləyiblər. Qurqen Stepanyan, Davit Allahverdiyan, həmçinin Erik Qazaryan və Vasili Beqlaryan məhkəmə istintaqı zamanı verdikləri ifadələrini təsdiqlədiklərini bildiriblər. Davit Manukyan məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib. Təqsirləndirilən Arkadi Qukasyan da onun ibtidai istintaqda deyil, məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib. Təqsirləndirilən Levon Mnatsakanyan elan olunan ifadəsinin müəyyən hissələri ilə razılaşmadığını qeyd edib. Davit İşxanyan ibtidai istintaqda verdiyi ifadəsinin deyil, məhkəmədə istintaqı zamanı verdiyi ifadəsinin nəzərə alınmasını xahiş edib. Təqsirləndirilənlər Bako Saakyan və Arayik Harutyunyan da məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin əsas götürülməsini hakimlər kollegiyasından xahiş ediblər. Təqsirləndirilən David Babayan müdafiəçisi ilə konfidensial görüş keçirdikdən sonra elan olunmuş və ibtidai istintaqda verdiyi ifadəsinə növbəti məhkəmə prosesində münasibət bildirməyə şərait yaradılmasını xahiş edib. Məhkəmə iclasına sədrlik edən hakim təqsirləndirilən şəxsin vəsatətini nəzərə alaraq, növbəti prosesdə ifadəsinə münasibət bildirmək üçün ona imkan yaradılacağını bildirib.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Sentyabr 2025 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see258

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see240

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see230

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see228

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see226

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see215

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see210

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see204

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see178

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see169

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see168

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see166

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see165

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see161

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see155

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see153

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see151

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see149

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri