Icma.az
close
up
RU
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 3 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyunun 3-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

İclasın əvvəlində təqsirləndirilən Ruben Vardanyan məhkəməyə müraciət edərək təqsirləndirildiyi cinayət işi üzrə ittiham aktının surətinin ailəsinə təqdim olunmasını xahiş edib.

R.Vardanyanın vəkili Avraam Berman onun mövqeyini müdafiə edib.

Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə münasibət bildirərək deyib ki, Cinayət Prosessual Məcəlləsinə əsasən, cinayət təqibi zamanı ibtidai araşdırma məlumatları, o cümlədən cinayət işi materialları və ittiham aktında qeyd olunanlar istintaq sirrini təşkil etdiyindən yayılması yolverilməzdir. Həmçinin ittiham aktında cinayət prosesi iştirakçılarının şəxsi və ailə sirrini təşkil edən məlumatlar var ki, bu məlumatların da yayılması qanunvericiliklə yolverilməz hesab edilir.

Bundan başqa, vurğulanıb ki, Cinayət Prosessual Məcəlləsində ittiham aktının və onun surətinin verilməsi mümkün olan şəxslərin siyahısı konkret göstərilib və təqsirləndirilən şəxsin ailə üzvləri həmin siyahıya daxil deyil.

Qeyd edilənləri əsas gətirən ittiham tərəfi vəsatətin təmin olunmamasını xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər dövlət ittihamını müdafiə edən prokurorların mövqeyi ilə razı olduqlarını bildiriblər.

Ardınca hakimlər kollegiyası yerində müşavirə edərək vəsatətin təmin olunmaması barədə qərar qəbul edib.

Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, cinayət prosessual qanunvericilikdə ittiham aktının surətinin təqdim olunması nəzərdə tutulan şəxslər konkret göstərilib və təqsirləndirilən şəxsin ailə üzvləri buraya daxil deyil.

Bundan sonra təqsirləndirilən şəxs Ruben Vardanyan müraciət edərək onun ailə üzvlərinə ittiham aktı təqdim edilmədiyi və əvvəlki proseslərdə verdiyi vəsatətlərin təmin olunmadığı üçün işə baxan hakimlər kollegiyasına etiraz etdiyini bildirib.

Təqsirləndirilən şəxsin müdafiəçisi Avraam Berman etirazı müdafiə edib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli etiraza münasibət bildirərək Ruben Vardanyanın Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsində nəzərdə tutulmuş hakimə etiraza dair halların müəyyən edilmədiyini, o cümlədən işə baxan məhkəmə kollegiyasının cinayət təqibində maraqlı olmasını təsdiqləyən konkret sübutlar təqdim etmədiyini bildirərək etirazın baxılmamış saxlanılmasını xahiş edib.

Prosesdə iştirak edən zərərçəkmiş şəxslər etirazın təmin olunmamasını məhkəmədən xahiş ediblər.

Məhkəmə vəsatətə baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra müdafiə tərəfinin etirazına dair məhkəmə qərarı elan edilib. Qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Hakim Zeynal Ağayev qərarı əsaslandıran zaman bildirib ki, müdafiə tərəfi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən, işə baxan hakimlər kollegiyasının cinayət təqibində maraqlı olması barədə konkret və mötəbər dəlillər təqdim etməyib, məhkəmənin obyektivliyi və qərəzsizliyinə təsir göstərən dair hallar müəyyən edilməyib.

Daha sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş şəxs Əhməd Əhmədov ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində güllə yarası aldığını deyib.

Zərərçəkmiş Bəhruz Bayramlı Ağdərədə düşmən tərəfindən atılmış top mərmisinin partlaması nəticəsində xəsarət aldığını bildirib.

Oruc Hüseynov ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən minaatan mərmisinin atılması nəticəsində yaralandığını deyib. Zərərçəkmiş şəxs dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən hadisə zamanı yanındakı 8 nəfərin yaralandığını da söyləyib.

Zərərçəkmiş Gülverdi Mehtiyev Xankəndi yaxınlığında açılmış atəş nəticəsində qəlpə yarası xəsarəti aldığını diqqətə çatdırıb.

Zərərçəkmiş şəxs Vurğun Oruczadə Ermənistan silahlı qüvvələrinin artilleriya silahlarından açılmış atəş nəticəsində yaralandığını qeyd edib.

Məmməd Bayramov isə bildirib ki, Laçında Ermənistan hərbçilərinin atdıqları güllələrdən yayınmaq istəyərkən mövqeyini dəyişən zaman ayağı sürüşdüyü üçün yerə yıxılıb, sağ ayağı diz nahiyədən əzilib.

Fəqan İsmayılov Kəlbəcərdə erməni hərbçilərin minaatan mərmisi atmaları nəticəsində xəsarət aldığını söyləyib. “Həmin vaxt azı 9 nəfər ağır xəsarətlər aldı. Onlardan biri də mən idim”, - deyə zərərçəkmiş şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran zaman qeyd edib.

Maqsud Mansurlu dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən Kəlbəcərdə yaralandığını, hadisə zamanı bir nəfərin həlak olduğunu, daha bir neçə nəfərin isə xəsarət aldığını söyləyib.

Sadiq Qasımlı ifadəsində diqqətə çatdırıb ki, Şuşada Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralanıb.

O, Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında isə deyib ki, hadisə zamanı Ariz Məmmədov, İzzət Bağıyev və adlarını hazırda xatırlamadığı daha bir neçə nəfər müxtəlif növ bədən xəsarətləri alıblar.

Zərərçəkmiş Xəyal Abdullayev Xocavənd rayonu ərazisində minaatan mərmisinin yaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığını söyləyib.

Zərərçəkmiş İxtiyar İdrisov övladı Bəxtiyar İdrisovun Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən açılmış atəş nəticəsində həlak olduğunu bildirib.

Cəfərağa İsmayılov Ağdərə rayonu ərazisində düşmən atılmış minaatanın mərmisinin yaxınlığına düşüb partlaması nəticəsində xəsarətlər aldığını deyib.

Sübhan Abbasov ifadəsində Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində özünün, Tamerlan Rəşidlinin, Bayram Hüseynovun, Rəvan Məmmədovun yaralandığını qeyd edib.

Sahib Əliyev Ağdərədə minaatan mərmisinin yaxınlığında partlaması nəticəsində özünün, İman Nəzərovun, Ərşad Hüseynovun və Eşqin Babazadənin xəsarət aldığını bildirib.

Yusif Turabov deyib ki, o, Ağdərə istiqamətində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində yaralanıb.

Zərərçəkmiş şəxs Hacı Kamil Rzayev Ağdam istiqamətində yaralandığını qeyd edib.

Ülfət Hümbətov Kəlbəcərdə düşmən tərəfinin artilleriya atəşi nəticəsində yaralandığını söyləyib.

Zərərçəkmiş Kərəm Kərəmli Ağdam-Ağdərə istiqamətində yaralandığını bildirib.

Digər zərərçəkmiş şəxslər - Ərşad Hüseynov, Pərviz Ağalı, Rail Nəzərov, Kərəm Kərəmli, Arif Qubadov Rəhman Məmmədli, Fariz Fətullayev, Ayaz Cəfərli, Tamerlan Rəşidli, Tərlan Cabbarov, Aslan Hacıhəsənov, Elvin Bayramov, Elçin Nəsibov, Lətif Hacılı, Qabil Yusifov, Murad Nağıyev, Zahid Nəcəfov, Tahir Zamanov, Rafət Qəmbərov ifadələrində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən müxtəlif iriçaplı silahlardan açılan atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Məhkəmədə ifadə verən Mehman Məmmədov Ermənistanın mina terroru nəticəsində xəsarət aldığını deyib. Bundan başqa, o qeyd edib ki, Cəbrayıl rayonunda minaların təmizlənməsi zamanı “Kamaz” markalı yük avtomobilinin minaya düşüb, nəticədə sürücü Möhübbət Məmmədli ağır xəsarətlər alıb və hər iki ayağı amputasiya edilib.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası iyunun 10-na təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 19:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see192

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see190

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see160

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see158

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

QDF Xocalıda tut bağının salınmasına vəsait ayırıb

22 Oktyabr 2025 17:08see149

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see141

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see134

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see129

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see126

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see126

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri