Rubio 17 22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio 17-22 oktyabrda Özbəkistan və Hindistana səfər edəcək, bir sıra ikitərəfli və çoxtərəfli görüşlər keçirəcək.
Bu barədə ABŞ Dövlət Departamentinin 13 oktyabrda yaydığı bəyanatda bildirilir.
Rubio Səmərqənddə ABŞ və beş Orta Asiya dövləti - Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistanı bir araya gətirən xarici işlər nazirlərinin C5+1 formatlı görüşündə iştirak edəcək.
İştirakçılar ABŞ və Orta Asiya ölkələrində sülhün möhkəmləndirilməsinə və rifahın təmin olunmasına yönəlmiş strateji əməkdaşlığın inkişafını müzakirə edəcəklər.
Dövlət katibi həmçinin regional dövlətlərin nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək. Bundan əlavə, ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etmək üçün Özbəkistana Amerikanın 200-dən çox iri şirkətinin nümayəndəsi gələcək.
Rubio Hindistana səfəri çərçivəsində Mumbay və Camnagar şəhərlərinə səfər edəcək. O, Hindistan rəsmiləri ilə strateji tərəfdaşlığın gücləndirilməsi, regional və beynəlxalq gündəmlər və enerji sektorunda əməkdaşlığın genişləndirilməsi ilə bağlı danışıqlar aparacaq.
Həmçinin ticarət və iqtisadi əməkdaşlıq üçün yeni imkanları müzakirə etmək məqsədilə biznes nümayəndələri ilə görüşlər planlaşdırılır.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 14 Oktyabr 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















