Icma.az
close
up
RU
Rubio gələcəkdə prezident seçkilərinə əsas namizədlərdən biri ola bilər AÇIQLAMA

Rubio gələcəkdə prezident seçkilərinə əsas namizədlərdən biri ola bilər AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampın Rusiya, Venesuela, İran və Çinə qarşı daha sərt mövqe tutmasına təsir edib.

Bu barədə "Financial Times" Dövlət Departamentinin rəhbərinə həsr olunmuş məqaləsində yazıb. 

Rubio niyə sərt siyasət tərəfdarıdır?

Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, hazırkı dövlət katibinin əvvəllər fərqli fikirləri var idi.

Onun sözlərinə görə, Marko Rubio əvvəl Rusiyaya qarşı çox sərt siyasətin tərəfdarı idi:

"Həmçinin Venesueladakı Maduro hökumətinə qarşı da sərt siyasəti müdafiə edirdi. Ancaq buna rəğmən müəyyən qədər hal-hazırda Trampın siyasətinə uyğunlaşır. Tramp Rubionu o şərtlə dövlət katibi vəzifəsinə təyin edib ki, xarici siyasətlə bağlı olan fikirlərində müəyyən qədər düzəlişlər edəcək. Hal-hazırda Trampın əsas missiyası mineral sərvətlərinin istismarıdır. Bu ölkələrlə mineral sərvətlərinin istismarı barəsində razılığa gəlmək, həmçinin Rusiya ilə olan mübahisələri tez bir zamanda həll edərək əsas diqqətini Çinlə olan iqtisadi mübarizəyə həsr etmək istəyir. Və məhz buna görə də, Trampın əsas siyasi xəttinə uyğunlaşmalıdır. Lakin Rubio əsasən Demokrat Partiyasının siyasət çizgisində bir qədər yaxınlıq göstərirdi və Respublikaçılar Partiyasında olan radikal qanadı təmsil edirdi. Yəni xarici siyasətdə kifayət qədər sərt fikirləri vardı. Həmçinin daxili siyasətdə də, məsələn immiqrantlara qarşı çox sərt qanunların tərəfdarı idi. Bu barədə tez-tez açıqlama verirdi. Düzdür, indi əsasən Dövlət Departamentində, yəni xarici siyasət idarəsində rəhbərlik etdiyi üçün daxili siyasətlə bağlı çox da fikirlər söyləyə bilmir, yəni təkliflər verə bilmir. Ancaq buna rəğmən, müəyyən qədər öz çıxışlarında bu hiss olunur ki, bəli, Rubionun xəttində bu var ki, miqrantlara qarşı sərtdir".

Siyasi şərhçinin sözlərinə görə, Marko Rubio gələcəkdə prezident seçkilərinə əsas namizədlərdən biri ola bilər:

"Respublikaçılar Partiyası daxilində kifayət qədər nüfuzu var. Hətta vitse-prezident Ceyms Devid Venslə birlikdə adı 2028-ci il prezident seçkiləri üçün çəkilir. Ola bilsin ki, Vensin qarşısına 2028-ci ildə çıxdı. Çünki məlum olduğu kimi, mövcud qanunvericilik Donald Trampa 2028-ci ildə prezident seçkilərində iştirak etməyə icazə vermir. Tramp özü də bəyan edib ki, onun qanunları dəyişdirmək kimi bir niyyəti yoxdur. 2028-ci ildə siyasətdən çəkiləcək. Əsas prezidentliyə namizəd kimi Vensin adı çəkilir. Ancaq Rubionun da partiya daxilində böyük nüfuzu var. Ola bilsin ki, sərt xətt tərəfdarları Rubionu prezident kürsüsünə daşısınlar".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri