Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

“Jurnalistlərin əsas problemlərindən biri bilgi çatışmazlığıdır” Mütəxəssisdən AÇIQLAMA

“Jurnalistlərin əsas problemlərindən biri bilgi çatışmazlığıdır” Mütəxəssisdən AÇIQLAMA

Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yeni dövrdə jurnalistika peşəsi əvvəlkindən daha mürəkkəb və tələbkardır.

İnformasiya axınının sürətlənməsi və qlobal xarakter alması jurnalistlərin fəaliyyət sahəsini genişləndirib və onların peşəkarlıq səviyyəsini yüksəltməyi zəruri edir.

Eyni zamanda, oxucu və izləyicilərin informasiya mənbələrinə münasibəti media mühitinin formalaşmasına ciddi təsir göstərir.

Gununsesi.info-ya danışan “Türküstan” Media Qrupunun rəhbəri  jurnalist Aqil Camal vurğulayıb ki, yeni dövr jurnalistikasının əsas problemlərindən biri bilgi çatışmazlığıdır:

“Hətta jurnalistika fakultəsini bitirmiş gənc jurnalistlər özlərini ali təhsilli və ixtisaslı hesab edir, istənilən yerdə çalışa biləcəklərini düşünürlər. Amma artıq ilk andan aydın olur ki, gündəlik media fəaliyyəti və peşəkar jurnalistika ilə məşğul olmaq üçün tələb olunan ensiklopedik biliklərin – ölkə, bölgə, dünya və müxtəlif sahələrlə bağlı məlumatların, xronologiyanın izlənilməməsi, həmçinin məşhur və tanınmış ixtisaslı şəxslərin tanınmaması iş prosesində ciddi problemlər yaradır.

Bəzən görürük ki, bəzən bir-iki il və daha artıq müddət media sahəsində çalışan bəzi jurnalistlər hələ də bilgi çatışmazlığı ilə üzləşirlər. Bunun əsas səbəbi ondan ibarətdir ki, bir çox gənc jurnalistlər saat 18:00-dan sonra işlərinin bitdiyini düşünür, yalnız növbəti iş gününün saatlarında fəaliyyət göstərməyə başlayırlar. Halbuki jurnalistika peşəsi, xüsusilə informasiya axınının intensiv və hadisələrin gərgin olduğu indiki dövrdə, yalnız iş saatları ilə məhdudlaşmamalıdır.

Bu gün jurnalist ölkəmizdə, regionda və dünyada baş verən prosesləri xronoloji ardıcıllıqla izləməli və mənimsəməlidir. Bu isə jurnalistin, 50 il əvvəlki həmkarlarından fərqli olaraq, daha ağır və məsuliyyətli bir iş yükü daşıdığını göstərir. Çünki bu gün informasiya axını təkcə bir ölkənin sərhədləri ilə məhdudlaşmır; media fəaliyyəti artıq qlobal xarakter daşıyır.

Bu səbəbdən uğurlu olmaq istəyən jurnalist mütləq şəkildə ölkədə gedən ictimai-siyasi və iqtisadi prosesləri, rəsmi xəbərləri və görüşləri, həmçinin dünyadakı iqtisadi məsələləri, geosiyasi prosesləri, münaqişələri və onların gedişatını diqqətlə izləməlidir ki, gündəlik fəaliyyətində hər hansı axsamalar və bilgi çatışmazlığı hiss olunmaz”. 

Aqil Camal qeyd edib ki, bu gün oxucu və ya izləyici informasiyanı haradan aldığının fərqində olmur.

“Bu gün insanlar kütləvi şəkildə sosial şəbəkələrdən istifadə edirlər və sıravi vətəndaşların çəkib paylaşdıqları, yazdıqları məlumatları informasiya kimi qəbul edib yayırlar. Onlar həmin məlumatların nə dərəcədə etibarlı və mötəbər olduğuna isə əksər hallarda diqqət yetirmirlər. Nəticədə isə bu vəziyyətin mənfi təsirini daha çox peşəkar media qurumları hiss edir və onun ağırlığı da məhz medianın üzərinə düşür.

Çünki insanlar tez-tez mediadan şikayətlənirlər. Mən isə hər zaman bildirirəm ki, Azərbaycanda ənənəvi mediaya — istər qəzetlərə, istər televiziyalara, istərsə də aparıcı xəbər saytlarına nəzər salsaq, görərik ki, bu media resurslarında mümkün qədər məsuliyyət və ciddiyyət qorunur. Peşəkarlıq prinsiplərinə riayət olunur və informasiyaların dəqiqləşdirilməsinə xüsusi diqqət yetirilir.

Çünki bir çox hallarda yayılan yanlış informasiyalar hüquqi məsuliyyət doğura bilər. Bu baxımdan, sosial şəbəkələrin formalaşdırdığı və insanlarda yaratdığı mənfi təəssüratlar tez-tez medianın məsuliyyəti və peşəkarlığı ilə əlaqələndirilir, nəticədə ümumi ittihamlar məhz medianın üzərinə yönəlir. Ona görə də çox istərdim ki, sosial şəbəkə istifadəçiləri informasiya qəbul edərkən, onun mənbəyinin media resursu olub-olmadığına xüsusi diqqət yetirsinlər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyul 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri