Rubio İsrail ilə Livan arasında danışıqların birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib
Icma.az, Azertag saytına istinadən bildirir.
Vaşinqton, 3 iyun, AZƏRTAC
ABŞ Dövlət katibi Marko Rubio İsrail və Livan arasında sonuncu yüksək səviyyəli siyasi danışıqların hərbi əməliyyatlara son qoymaqla bağlı birgə bəyanatla nəticələnəcəyinə ümid etdiyini bildirib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, Senatda dinləmələr zamanı deyib.
O, Dövlət Departamentində aparılan danışıqların məqsədinin "Hizbullah”dan asılı olmayaraq, həmin ölkədə təhlükəsizlik yolunda birgə bəyanat və fəaliyyət planı hazırlamaq olduğunu bildirib.
Çərşənbə günü başlayan danışıqlar iki ölkə arasında dördüncü müzakirədir və cümə günü Pentaqonda keçirilən təhlükəsizlik məsələlərinə həsr olunmuş görüşdən sonra baş tutub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:Rubio: Livan və İsrail arasında davam edən danışıqların səmərəli olacağına ümid edirik
03 İyun 2026 19:53
Rubio İsrail və Livan nümayəndələri ilə görüşəcək
14 Aprel 2026 11:50
Rubio Vaşinqtonda İsrail Livan danışıqlarına qatılacaq
14 Aprel 2026 11:50
Romada İsrail ilə Livan arasında danışıqların son mərhələsi başlayıb
06 Avqust 2026 17:56
Livan İsrail ilə birbaşa danışıqların şərtlərini AÇIQLADI
16 Aprel 2026 15:11
Baxış sayı:150
Bu xəbər 03 İyun 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















